Lyrics

Əgər bir gün bir yerlərdə əyrilsə yolum Məni daim yanılmaqdan qoru, ey oğlum Əgər bir gün bu insanlar üstümə gəlsə Mənə daim uzat isti əlini, oğlum Hərdən olur, qəlb qırıram Yaman soyuq davranıram Sənə olan sevgimi zənn etmə yalan Yoxdur güman Üzərinə qara‐qara Çöksə buludlar bir anda Ana könlüm sənlə, inan Hər saniyə yanındayam Unutma, kainatın hər kəs üçün sərvəti var Əslində, düz yönə dönür bütün yollar Unutma, candan ötəm, sənə qurban birisi var Adınla yazdığım bir sonsuz dünyam var Nay, nay, nay, nay, nay, nay Nay, nay, nay, nay, nay, nay Əgər bir gün bir yerlərdə eşqə yenilsən Onu bil ki, eşq ilahi nemətdir, oğlum Əgər bir gün insanların təqsirini görsən Onu bil ki, sevgiyə möhtac onlar, oğlum Hərdən olur, qəlb qırırlar Yaman soyuq davranırlar Sənə olan sevgini zənn etmə yalan Yoxdur güman Üzərinə qara‐qara Çöksə buludlar bir anda Ana könlüm sənlə, inan Hər saniyə yanındayam Unutma, kainatın hər kəs üçün sərvəti var Əslində, düz yönə dönür bütün yollar Unutma, candan ötəm, sənə qurban birisi var Adınla yazdığım bir sonsuz dünyam var Sonsuz dünyam var Sonsuz dünyam var Sonsuz dünyam var (Nay, nay, nay, nay, nay) Sonsuz dünyam var Sonsuz dünyam var Sonsuz dünyam var (Nay, nay, nay)
Writer(s): Nəzrin Vəlizadə Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out