Music Video

Music Video

Lyrics

Küçə uzanır, dolanır başıma bu dünya
Duyur yalanı və inanır, əlvida
Günəş daha isitmir bizi
Biz ki yoxuq artıq, əzizim
Sınır sevginin yüzdə yüz faizi səmada
Yağış bildirir payızı, son vida
Külək daha çağırmır bizi
Biz ki yoxuq artıq, əzizim
Soruş ki, mən kiməm, nəçiyəm, soruş
Soruş ki, niyə payızdan qorxuram
Soruş, niyə yaralar sağalmır
Soruş ki, mən haradayam, ölmüşəm, ya sağam
Soruş ki, mən kiməm, nəçiyəm, soruş
Soruş ki, niyə payızdan qorxuram
Soruş, niyə yaralar sağalmır
Soruş ki, mən haradayam, ölmüşəm, ya sağam
Şərab süzülür, üzülür bədənim, ağrılar
Günah nə sənin, nə mənim, arzular
Dəniz daha yaşatmır bizi
Biz ki yoxuq artıq, əzizim
Canım yorulub, qırılıb qanadım, son uçuş
Bitib, tükənib inadım, qurtuluş
Ürək daha alışmır düzü
Biz ki yoxuq artıq, əzizim
Soruş ki, mən kiməm, nəçiyəm, soruş
Soruş ki, niyə payızdan qorxuram
Soruş, niyə yaralar sağalmır
Soruş ki, mən haradayam, ölmüşəm, ya sağam
Soruş ki, mən kiməm, nəçiyəm, soruş
Soruş ki, niyə payızdan qorxuram
Soruş, niyə yaralar sağalmır
Soruş ki, mən haradayam, ölmüşəm, ya sağam
Soruş ki, mən kiməm, nəçiyəm, soruş
Soruş ki, niyə payızdan qorxuram
Soruş, niyə yaralar sağalmır
Soruş ki, mən haradayam, ölmüşəm, ya sağam
Soruş ki, mən kiməm, nəçiyəm, soruş
Soruş ki, niyə payızdan qorxuram
Soruş, niyə yaralar sağalmır
Soruş ki, mən haradayam, ölmüşəm, ya sağam
Soruş ki, mən kiməm, nəçiyəm, soruş
Soruş ki, niyə payızdan qorxuram
Soruş, niyə yaralar sağalmır
Soruş ki, mən haradayam, ölmüşəm, ya sağam
Ölmüşəm, ya sağam
Soruş ki, mən kiməm
Ölmüşəm, ya sağam
Written by: Murad Guliyev
instagramSharePathic_arrow_out

Loading...