Lyrics

Bu nə cür eşq odudur ki, bürüyübdür canımı? Özümü atəşə saldım, sevib Aygün xanımı O da sanki aya bənzər, günə bənzər bir adam Ona məncə vurular, aşiq olar hər bir adam O da sanki aya bənzər, günə bənzər bir adam Ona məncə vurular, aşiq olar hər bir adam Səninlə ki görüşmüşəm Ah, nə yaman dəyişmişəm Mən də bu eşqə düşmüşəm Mən də sevirəm Səninlə ki görüşmüşəm Ah, nə yaman dəyişmişəm Mən də bu eşqə düşmüşəm Mən də sevirəm Mən sevirəm Məni sevsən də, yenə mən daha artıq yanıram Sənə kim eşqini elan eləyib, qısqanıram Öz əlin dəysə sənə, qısqanıram əllərini Mənə qalsa, deyərəm: "tökmə üzə tellərini!" Nə günah sayibiyəm ki axı? Az danla məni! Məni el sevsə də, yalnız səninəm, anla məni Hövsələdən çıxma belə Qəlbini heç sıxma belə Şüphə ilə baxma belə Mən də sevirəm Hövsələdən çıxma belə Qəlbini heç sıxma belə Şüphə ilə baxma belə Mən də sevirəm Mən sevirəm Səni elə sevdi ürək Səni elə sevdi ürək Gəzər eşqinlə bütün dünyanı Səni elə sevdi ürək Səni elə sevdi ürək Gəzər eşqinlə dünyanı Səni elə sevdi ürək Səni elə sevdi ürək Gəzər eşqinlə bütün dünyanı Səni elə sevdi ürək Səni elə sevdi ürək Gəzər eşqinlə dünyanı Necə isbat eləyərsən mənə məhəbbətini? Eləyərsənmi, desəm: "tərk elə öz sənətini!" O zaman da ürəyim rahat olar, dincələrəm Səni bu sevgidə öz yarına sadiq bilərəm O zaman da ürəyim rahat olar, dincələrəm Səni bu sevgidə öz yarına sadiq bilərəm Dərk elə öz söhbətini! Gəl, unut bu niyyətini! Sən sevirsən sənətini Mən də sevirəm Dərk elə öz söhbətini! Gəl, unut bu niyyətini! Sən sevirsən sənətini Mən də sevirəm Mən sevirəm Elədirsə, qoşulaq bir-birinə, ad eləyək Sən oxu, mən də deyim, bir təzə icad eləyək Ola gerçək və həyata keçə bu xülyamız Həm sənət yaşasın, həm də bizim sevdamız Var idi məndə də çoxdan belə bir arzu, dilək Yaradaq mahnı, qoyaq biz adını "Sevdi Ürək" Qoy eşitsin bütün cahan Bu doğrudur, deyil yalan Yarım məni sevir yaman Mən də sevirəm Qoy eşitsin bütün cahan Bu doğrudur, deyil yalan Yarım məni sevir yaman Mən də sevirəm Mən sevirəm Səni elə sevdi ürək Səni elə sevdi ürək Gəzər eşqinlə bütün dünyanı Səni elə sevdi ürək Səni elə sevdi ürək Gəzər eşqinlə dünyanı Səni elə sevdi ürək Səni elə sevdi ürək Gəzər eşqinlə bütün dünyanı Səni elə sevdi ürək Səni elə sevdi ürək Gəzər eşqinlə dünyanı Səni elə sevdi ürək Səni elə sevdi ürək Gəzər eşqinlə bütün dünyanı Səni elə sevdi ürək Səni elə sevdi ürək Gəzər eşqinlə dünyanı Səni elə sevdi ürək Səni elə sevdi ürək Gəzər eşqinlə bütün dünyanı Səni elə sevdi ürək Səni elə sevdi ürək Gəzər eşqinlə dünyanı
Writer(s): Eldar Mansurov, Namiq Qaracuxurlu Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out