Music Video

Featured In

Credits

PERFORMING ARTISTS
Dərviş
Dərviş
Performer
COMPOSITION & LYRICS
Emin Memmedov
Emin Memmedov
Composer
Elnur Ismayilov
Elnur Ismayilov
Songwriter
PRODUCTION & ENGINEERING
Dərviş
Dərviş
Producer

Lyrics

Görəsən nə qədər çəkər içdə yaranan axtarışlar Güzgüdəki adam qaçır neçə ildi o sərt baxışdan Bəlkə hər arzu bir qələm, hər hədəf bir vərəqdir Ümidlə yazılan hər sətir bir gün inama çevrilir Bu şəhər çoxdan unudub insanların ümidlərin Bu şəhər çoxdan görmür insanların saf hisslərin Yox qütb işıqları, var sərt baxışlı sərnişinlər Burda yox azad qadınlar, var yalnız ev və işlər Mən yumub gözlərimi açıram çirkli, bərk qanadları Uçmaq istəyir amma çəkir məni hansısa qüvvə aşağı Və biz hər dəfə qaçdıqca uzaq düşürük kölgəmizdən Bacarmaq tərk etməyi hələ ən doğmalar tərtəmiz ikən Bəsirət gözümdən açılır kainata uzun bir yol Bu yol doludu maneələrlə - çox uzun, daş-kəsəkli Qarşımda möhtəşəm bir qaranlıq var Hansı ki, bu qaranlıq bütün rənglərdən müqəddəsdi Sənə çatmır əllərim Sən çox uzaqdasan Bağışla məni Mən qanadsız insan Ən kiçik nöqtə amma ən böyük Baxarkən gələcəyi görüb Bəlkə də sən çoxdan sönmüsən Amma gözlərim hələ də görür Sənə çatmır əllərim Sən çox uzaqdasan Bağışla məni Mən qanadsız insan Ən kiçik nöqtə amma ən böyük Baxarkən gələcəyi görüb Bəlkə də sən çoxdan sönmüsən Amma gözlərim hələ də görür Mən nə qədər gözlədim bəlkə Tanrıdan gələr işarə Amma hər dəfə yağdı səmadan bumbuz yağışlar Bütün hisslərimi yuyub saxladım içdə tək bir xatirə Utanmaq beyində sınan hər bütün üzündəki baxışdan Bizə öyrətdilər ki, qaçmalısan həyatda günahlardan Çünki Tanrı çoxlu savaba hədiyyə edəcək sənə cənnət Və sonra xilas ola bilmədim içimi yeyən suallardan Axı bu nə paradoks? Günahın işləndiyi ilk yer elə cənnət Mən bəlkə ən kiçik addım üçün deyəcəm "Mother may I" Daha sonra yumub gözlərimi atacam ilk addımı Nil tək Mən gördüm milyonlarla insan içində hamı qalıb tənha Sonda utanıb bu vəziyyətdən istədim çıxıb getmək Kimsə sevinir ulduz axanda axı var arzuları Mənsə dəhşətə gəlib mənzərədən ulduzları arzuladım Və gəlmədi heç bir səs, ətraf dolu yalanlar (dost) Sən nə qədər danışsan da danışmır səssiz ulduzlar Sənə çatmır əllərim Sən çox uzaqdasan Bağışla məni Mən qanadsız insan Ən kiçik nöqtə amma ən böyük Baxarkən gələcəyi görüb Bəlkə də sən çoxdan sönmüsən Amma gözlərim hələ də görür Sənə çatmır əllərim Sən çox uzaqdasan Bağışla məni Mən qanadsız insan Ən kiçik nöqtə amma ən böyük Baxarkən gələcəyi görüb Sənə çatmaq çox çətin Səssiz ulduzlar
Writer(s): Emin Memmedov, Elnur Ismayilov Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out