Lyrics

Kimləri, kimləri, unutdu dünya kimləri? Nə qalır hər itən addan? Nələri, nələri unutdu dünya nələri? Gör nələr çıxıbdır yaddan! Kimləri, kimləri, unutdu dünya kimləri? Küsüb getdi bu həyatdan Nələri, nələri unutdu dünya nələri? Yada düşmür heç bircə an Nələr olub bu həyatda? Bu gün varsan, sabah yoxsan Nələr çıxıb yaddan hətta Yadda qalmaq deyil asan Sən döyün, ürəyim, sən döyün Unutma sən bir tarix yazan insanı Sən döyün, ürəyim, sən döyün, ürəyim Tək unutma ötən hər anı Ürəyim, ürəyim, döyün, dayanma, ürəyim Dayanmağa haqqın yoxdur Ürəyim, ürəyim, nələr çəkirsən, ürəyim? Əzabın sevincdən çoxdur Nələr gördün bu həyatda? Nələr keçdi, keçdi nələr? Yavaş-yavaş çıxır yaddan Acı, şirin xatirələr Sən döyün, ürəyim, sən döyün Unutma sən bir tarix yazan insanı Sən döyün, ürəyim, sən döyün, ürəyim Tək unutma ötən hər anı Ürəyim, nələr ay, çəkirsən, ürəyim Kimləri, unutdu dünya kimləri? Nələri, unutdu dünya nələri? Küsüb getdi, ay balam, bu həyatdan Aman, aman, ay aman ey! Nələr gördün bu həyatda? Nələr keçdi, keçdi nələr? Yavaş - yavaş çıxır yaddan Acı, şirin xatirələr Kimləri, kimləri, unutdu dünya kimləri? Nə qalır hər itən addan? Nələri, nələri unutdu dünya nələri? Gör nələr çıxıbdır yaddan! Kimləri, kimləri, unutdu dünya kimləri? Küsüb getdi, bu həyatdan Nələri, nələri unutdu dünya nələri? Yada düşmür heç bircə an
Writer(s): ədalət şükürov, Ikram əliyev Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out