Credits

PERFORMING ARTISTS
NM Qrupu
NM Qrupu
Performer
COMPOSITION & LYRICS
Natiq Qəzənfəroğlu
Composer
Baba Vəziroğlu
Songwriter
PRODUCTION & ENGINEERING
Natiq Qəzənfəroğlu
Producer

Lyrics

-Salam, Elnur. Nə var, nə yox?
-Sağlığın. Sən necəsən?
-Belə də. Haradan gəlirsən?
-Özüm də bilmirəm
-Qanın niyə qaradır e?
-Heç sənin də qanın qırmızı deyil
-Mən heç, mən bəlaya düşmüşəm
-De görüm, sənə nə olub?
-Mənim də dərdim danışılası deyil, Anar
-A-a, başqasını sevir?
-Eh, sevsə idi, dərd yarı idi
-Heç kəsi sevmir
-Nə məni, nə də başqasını
-Nə bilirsən?
-Özü belə deyir
-Mənə bax, özü çox şey deyir
Bir də ki abırlı qız sevdiyini boynuna almaz ki
-Bəs mən yazıq haradan bilim?
-Fal açdırım?
-Eh, sən də! Fal niyə?
-Öz-özün həssas ol da
-Anar, bilirsən, deyir ki, inanmıram sənə
-Əşi, deyir, deyir də. Elə elə ki, inansın
-Yaxşı. Fərhad kimi qaya çapım
Yoxsa Məcnun kimi çöllərə düşüm, nə məsləhət görürsən?
-Dayan, bir az fikirləşim
-Görüm, sənə nə məsləhət verim?
Sən onun gözlərinə bax, gözlər yalan danışmaz
-Eh, onu şairlər uydurub
-Elnur, sən də qəribə söz danışırsan e!
Şairlər də bizim kimi adamdır da
-Onlar da seviblər, seviliblər
-Eh, mənim dərdim bütün
-Yazıçılar İttifaqı demişkən, yadıma düşdü
-Nə oldu, cavab yazdı sənə?
-Yox, zəng eləmişdi
-Aha, nə deyir?
-Səsi soyuq idi, buz kimi
-Səsinin temperaturunu soruşmuram e, nə dediyini soruşuram
-Əşi, salam-kalam eləmişdik ki, əlaqə kəsildi
-Bəs təkrar zəng eləmədin?
-Elədim, telefonu bağlı idi
-Hə, indi nə fikirləşirsən?
-Ə, nə fikirləşəcəm ki?
-Səsi sopsoyuq idi, buz kimi
-Hə, axır vaxtlar yerin atmosfer qatında ciddi proseslər gedir
Bununla əlaqədar iqlim
-Dayan görüm e, sən də
-Atmosferin bura nə dəxli var?
-Heç, elə-belə
-Sözdür də, deyirəm
-Darıxma, hər şey yaxşı olacaq
-Sən də darıxma
-Nə var, nə yox?
-Sağlığın
-Ayrı nə var, nə yox?
-Salamatçılıqdır
Written by: Baba Vəziroğlu, Natiq Qəzənfəroğlu
instagramSharePathic_arrow_out

Loading...