Lyrics

Ey məni dünyada pərişan eləyən yar Gəl məni röyada pərişan eləmə Bir gün bütün aşiqlərə qəm paylacam mən Həmin gün əğyarla toy nişan eləmə Susdu zaman dondu cahan baxıb halimə Döndü qəfil huri mələk nə cür zalimə Səndən ötrü yaşayır axı bu tərk olan bədən Yenə xəyalın mənə baxacaq pəncərələrdən Dərdin məni dərd əhlinə yoldaş eləyəndən Yazdım sənə həsrətli və hicranlı şeirlər Hərdən məni dərd içrə görən bəzi adamlar Yazığdı,bu aşiqdir,pərişandır deyirlər Biri varmış biri yoxmuş bu nağıl deyil Axı həyatın mənasıdır Aşiqə dünyanı zülmət eləmək Bəlkə də eşqin qaydasıdır Batır günəş dolur gözüm niyə qara gecələr tez keçməz Nədən ürək məhəbbəti ayırıb əzablardan seçməz Nəfəs gedir nəfəs gəlir yaşayıram sənsiz boşu boşuna Süzün zəhər içim yenə dəymiyin eşqin sərxoşuna Batır günəş dolur gözüm niyə qara gecələr tez keçməz Nədən ürək məhəbbəti ayırıb əzablardan seçməz Nəfəs gedir nəfəs gəlir yaşayıram sənsiz boşu boşuna Süzün zəhər içim yenə dəymiyin eşqin sərxoşuna Sən gəl deyə hər dəfə nəzirlər boyun aldım Əsdikcə xəzan yelləri ömrümdə qocaldım Bax gör necə aşiqinin hissiyatı pərişan Hüsnündə gülüşlər qocalıb zatı pərişan Ruhum yenə addımlayacaqdır sənə sari Sənsiz qəmə bənzətmişəm ey gül bu diyarı İçdim o yalan şərbəti eşqin zəhərində Hərdən məni bu axtar bu küləklər şəhərində Bu şəhərin hər küçəsindən səni sorağ eyləmişəm yenə mən Gəl,Xəzərin sahilində sənsiz bir adam görəcəksən Boz,buludun kölgəsi tək qəlbimə zülmətlər çökmüş Yar,nə qədər sən bu qəlbimi bezmədən incidəcəksən? Batır günəş dolur gözüm niyə qara gecələr tez keçməz Nədən ürək məhəbbəti ayırıb əzablardan seçməz Nəfəs gedir nəfəs gəlir yaşayıram sənsiz boşu boşuna Süzün zəhər içim yenə dəymiyin eşqin sərxoşuna Batır günəş dolur gözüm niyə qara gecələr tez keçməz Nədən ürək məhəbbəti ayırıb əzablardan seçməz Nəfəs gedir nəfəs gəlir yaşayıram sənsiz boşu boşuna Süzün zəhər içim yenə dəymiyin eşqin sərxoşuna
Writer(s): Elvin Nesirov Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out