Lyrics

Səninlə ilk rastlaşanda hər tərəf Sanki sirli bir aləmə büründü Günəş mənim ürəyimdə parladı Ulduzlar sənin gözündə göründə O gündən sən oldun aldığım nəfəs O gündən hər şeyin ətri dəyişdi Səndən özgə bir düşüncəm olmadı Nəyim vardı səndən ötrü dəyişdi Səninlə döyünən qəlbimin Nə yaxşı ki, gəlib döydün qapısın Gəl, tutaq biz əl-ələ, ataq ömrün imzasın Gəl, olaq bir ailə, sevgi tapar mənasın Qəlb səni sevib elə, göz görərmi başqasın? Bir nağıl dolu həyat, qoy, bu gün də başlasın Hisslərimiz aşıb-daşsın hər zaman Döyünsün iki bədəndə bir ürək Ömür yollarında bir addımlayaq Sevincdən ağlayaq, sevincdən gülək Gəl, səninlə yorulmadan rəqs edək Ömrün ən gözəl anında bax mənə Gəl, bu gündən olum həyat yoldaşın Bu sevgin azalmasın heç vaxt mənə Səninlə döyünən qəlbimin Nə yaxşı ki, gəlib döydün qapısın Gəl, tutaq biz əl-ələ, ataq ömrün imzasın Gəl, olaq bir ailə, sevgi tapar mənasın Qəlb səni sevib elə, göz görərmi başqasın? Bir nağıl dolu həyat, qoy, bu gün də başlasın Səninlə döyünən qəlbimin Nə yaxşı ki, gəlib döydün qapısın Gəl, tutaq biz əl-ələ, ataq ömrün imzasın Gəl, olaq bir ailə, sevgi tapar mənasın Qəlb səni sevib elə, göz görərmi başqasın? Bir nağıl dolu həyat, qoy, bu gün də başlasın
Writer(s): Fariz Zeynalov, Rabil Səfərli, Xatirə Islam Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out