Lyrics

Qulaq as dinlə oğul, namazında möhkəm ol Namazında möhkəm ol namazında möhkəm ol Çətindir dünya oğul, enişli yoxuşludur Səni qaldırdığı yerdən, buraxıb yıxar əlbət Gördünkü yıxılmısan nə badə ağlayasan Bu dünya baxıb gülər, ağladıqca pəncərələrdən Dostunu düzgün seç, qoy evin yıxılmasın Çün birdə görürsən ki, dost keçirib boğazına kəndir Hər yanda gözün olsun, ayıq ol yatıb qalma Səni Allahdan uzaqlaşdıran hər kəs düşməndir Nə badə aldanasan bu dünyanın ləzzətinə Fanidir dünya oğul, fanidir ləzzətidə Nə qədər yaxşı günün olsa, olar pis günündə Eşqidə görəcəksən, bəlkə də, həsrətidə Əyilmə qürurlu ol, nə mərdə, nə namərdə Xudaya səcdə elə, ol bir tək ona bəndə Nə badə bu dünyaya çaşıb deyərsən cənnət O qədər qanlar axıb, gördüyün bu yaşıl çəməndə Çətindir dünya oğul bu dünya hiyləgərdir Şirindir dünya malı, haram və halal tanı Uyma dünya malına, o qalar bu dünyada Əlləri bomboş idi basdıranda Süleymanı Hədəfindən qaçma, cəhd elə yorulmadan Açılar bağlı qapı, içində iman olsa Sənə çox deyəcəklər fikirlərin geridə qalıb Sən həmişə irəlidəsən əlində qur'an olsa Vücudu çöldə olan qadınlardan uzaq dayan Onlarda sevgi olmaz, onlar günah saçar Şeytanın ən kəskin qılıncı onlardır Cahil qurban olar, aqil dönüb qaçar Və bir gün deyərlər ki, atan sənin dindar olub Dindarlıq avamlıqdır, sən yaşa həyatını Onların cavabın ver, hansı ata istəyər ki Övladı, avam kimi vursun başa həyatını Çox işdə pulun olsun, birdə ki, elm öyrən Nə qədər çətində olsan Allaha şükür eylə Yardım et bacardıqca vicdanın oyaq olsun Fəqirin halına yan, içində zikr eylə Qoru öz millətini, qoru öz bayrağını Önündə müsəlmanda olsa satma torpağını Unutma şəhidləri, onlara Salam denən Hər kəsə çatdır onların torpaq qorumağını Kərbala aşiqi ol, o böyük hikmətdir Qəlbində Hüseyn olan, mərhəmətsiz ola bilməz Ki, orda olan hadisələr, ağladırsa səni Bu dünyanın qəmindən, gözlərin dola bilməz Çalış ki, qəlb qırma, heçkimin haqqına girmə O zaman haqqın artıq olar haqq yanında Və heç vaxt haram yemə, yedinsə tövbə elə Səni məhv eyləyəcək zərrəsi olduqca qanında Və bir gün mən öləndə qulaq assan bu mahnıya Vaxt olsa qəəbrimə gəl, mənə bir fatihə ver Mənim üçün dua elə, ucadan bir salavat çək Namazında möhkəm ol, Namazında möhkəm ol
Writer(s): Oqtay Kazımi Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out