album cover
Torpaq (Remix)
album cover
Torpaq (Remix) was released on January 30, 2023 by Baku CMS Media as a part of the album Torpaq (Remix) - Single
January 30, 2023
LabelBaku CMS Media
BPM
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Music Video

Music Video

Lyrics

Aşiq yenə xəyalə daldı
Məni sənsizlik qəmə saldı
Qara torpağlar səni aldı
Kimsə qayıtmır qara torpağdan
Get Allahdan məni istə
Mən dərmansız bir xəstə
Oturmuşam qəbrinin üstə
Kimsə qayıtmır qara torpağdan
Məni cənnətdəki bağa döndər
Qar dumanlı bir dağa döndər
Allah məni torpağa döndər
Kimsə qayıtmır qara torpağdan
Yay gələrdi bir bağ olaydı
Yenə günəşli bir çağ olaydı
Rəhmətdiylər sağ olaydı
Kimsə qayıtmır qara torpağdan
Ölsən belə ruhuma yarsan
Elə bilirəm sən hələ varsan
Biraz gəzək sonra qayıdarsan
Kimsə qayıtmır qara torpağdan
Məcnun kimi gəzdim səhranı
Mən itirdim cümlədə mənanı
Neyləyirəm sənsiz dünyanı
Kimsə qayıtmır qara torpağdan
Yenə zəncirlidir qolu dustağın
Yenə qarlıdır zirvəsi bu dağın
Niyə qaradır rəngi torpağın
Kimsə qayıtmır qara torpağdan
Ruhuma çox ağırdır yüküm
Qalx ayağa qoy mən diz çöküm
Üstünə ağ torpağmı töküm
Kimsə qayıtmır qara torpağdan
Qalanların sinəsi dağlı
Dua eləyən əlləri bağlı
Orada nə var bu qədər marağlı?
Kimsə qayıtmır qara torpağdan
Göz yaşıyla axmırlarmı?
Göydən bizə baxmırlarmı?
Bizdən ötrü darıxmırlarmı?
Kimsə qayıtmır qara torpağdan
Bəlkə də qara torpağ ağdı
Göydən yerə torpağ yağdı
Biz ölmüşük onlar sağdı
Kimsə qayıtmır qara torpağdan
Biz dünyanı həqiqi sanmışıq
Bəlkə də ona görə aldanmışıq
Axı torpağdan yaranmışıq
Kimsə qayıtmır qara torpağdan
Written by: Elvin Nasir
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...