Lyrics

Dumanlı dağlarımın başındadır buludlarım Kor edir gözlərimi,qatı bir duman həyat Canımda canımı almış cansız bir bədənəm Sonuncu mənzilimdə məndən can uman həyat Üstümə cuman həyat yox sənə güman həyat Hisslərim buz tutubdur kədərlərin bəyaz qarında Gizlənib gülüşlərim dərdlərimin ahu zarında Elə bil dilənçiyəm bu dünyanın bazarında Verməyir nəzir həyat,lağ edib əzir həyat Məni atəşlərə atmış arxamca gəzir həyat Yoxmudur işin gücün,nə olar canımdan əl çək Məni məndən qoparmısan ki qalmışam yenə tək Şairəm dəli aşiq,əlimdə şeir,çiçək Qoparıb qıran həyat,şeirimi cıran həyat Yaşayır yenə ruhum bu dünyada cəfalarla Fəqirin gumanıdır ki yaşasın səfalarla Həyatın işi olmaz sədaqətlə vəfalarla Ki cövrü cəfa həyat,Yoxundu vəfa həyat Əvvəli bələk beşikdir sonunda torpağ həyat Bizi zülmətlərə qəflət eləyir dustağ həyat Yaradıb gözüm yaşından sinəmdə bir dağ həyat Mən saralmış xəzanam,həmişə yaşıl yarpağ həyat Ya mənim ağlım itib,bəlkə də axmağ həyat Elə bil səmazənəm dövr edirəm dayanmadan Ürəyim qala bilmir artıq alovlarda yanmadan Yatıram saatlarla bir dəqiqə oyanmadan O zaman itir həyat,elə bil bitir həyat Bəlkə də məni bitirib arzularına yetir həyat Bitərmi bu dünyanın dərdi görən bircə saat Olarmı ruhum dinc,olarmı canım rahat Bu dünya bir zindan,zəncirli bir qazamat Dərdlərə salan həyat,zalimə qalan həyat Xudayar tək oğulları bizlərdən alan həyat
Writer(s): Elvin Nasir Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out