Lyrics

Sən məni, əzizim, unuda bilsən Gərək baxmayasan yağan yağışa Açıb könlümüzü bir çətir kimi O yağış altında gəzmişik qoşa Əzizim, sən məni unuda bilsən Gərək keçməyəsən o küçələrdən Vüsal çəkiləcək son bahar kimi İntizar dinəcək lal gecələrdə Əzizim, sən məni unuda bilsən Yaralı könlünü bir ovut, görüm Məni unutmağı asan bilmisən Unuda bilirsən, gəl, unut, görüm Əzizim, sən məni unuda bilsən Yaralı könlünü bir ovut, görüm Məni unutmağı asan bilmisən Unuda bilirsən, gəl, unut, görüm Əzizim, sən məni unuda bilsən Ulduzlu göylərdən gözünü çəksən Yalqız gecələrdə pıçıldaşanda Sən mənim səsimi eşidəcəksən Əzizim, sən məni unuda bilsən Bir də o gözlərə kim baxacaqdır? Saçına əl vurma, aman günüdür Mənim əllərimçün darıxacaqdır Əzizim, sən məni unuda bilsən Yaralı könlünü bir ovut, görüm Məni unutmağı asan bilmisən Unuda bilirsən, gəl, unut, görüm Əzizim, sən məni unuda bilsən Yaralı könlünü bir ovut, görüm Məni unutmağı asan bilmisən Unuda bilirsən, gəl, unut, görüm Əzizim, sən məni unuda bilsən Yaralı könlünü bir ovut, görüm Məni unutmağı asan bilmisən Unuda bilirsən, gəl, unut, görüm
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out