Lyrics

Tale ömür bəxş edir insana O, könül verir eşqə, hicrana Müqəddəs əməl ilə Keçir qoca dünyadan Yaşayır, yaradır, sevilir insan Dəydikcə taleyin sərt zərbəsi Nur olur ömrünün hər zərrəsi Ayrılmır inamından Ayrılmır arzusundan Yaşayır, yaradır, sevilir insan O hər gün axtarır Hər gün döyüşür Gah sevinc tapır Gah da ki, qəmə düşür O hər gün axtarır Hər gün döyüşür Gah sevinc tapır Gah da ki, qəmə düşür Kim deyir, o qocalır, yaşlanır Təzə-təzə ömürlər başlanır Gələndə yer üzünə Minlərlə uşaq, cavan Yenidən qayıdır Yaşayır insan Gələndə yer üzünə Minlərlə uşaq, cavan Yenidən qayıdır Yaşayır insan O hər gün axtarır Hər gün döyüşür Gah sevinc tapır Gah da ki, qəmə düşür O hər gün axtarır Hər gün döyüşür Gah sevinc tapır Gah da ki, qəmə düşür
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out