Lyrics

Hər zaman taleyimdən gileylənib
Səni dərdə salmışam ay ürəyim
Yaxşıdan pisdən ötrü hey deyinib
Sənə əzab vermişəm ay ürəyim (x2)
 
Fikrim yaman qarışıb
Ağlım yamanca çaşıb (x2)
 
Dərdim başımdan aşıb
Harayıma gəl ay ürəyim
Harayıma gəl ay ürəyim (x2)
 
Çətindəyəm dardayam
Bir dumanlı yoldayam
Heç bilmirəm hardayam
Harayıma gəl ay ürəyim
Harayıma gəl ay ürəyim (x2)
 
Gecədən sübhə qədər qəm çəkdirib
Səni çox incitmişəm ay ürəyim
Kim mənə haqsız olub zülm eyləyib
Sevincin kədər olub ay ürəyim (x2)
 
Fikrim yaman qarışıb
Ağlım yamanca çaşıb (x2)
 
Dərdim başımdan aşıb
Harayıma gəl ay ürəyim
Harayıma gəl ay ürəyim (x2)
 
Çətindəyəm dardayam
Bir dumanlı yoldayam
Heç bilmirəm hardayam
Harayıma gəl ay ürəyim
Harayıma gəl ay ürəyim (x2)
Written by: Nazənin Salayeva
instagramSharePathic_arrow_out

Loading...