Lyrics

Sevdim səni səssizcə, gizlicə Gördüm səni yuxuda hər gecə Sevdim səni və necə dəlicə Səni qəlbimdən çıxarım, de, necə? Heyran oldum o qaşa, o gözə Səni düşündüm hər gündüz, hər gecə Kədər bürünüb ağladım gizlicə Səni qəlbimdən çıxarım, de, necə? Duy səsimi, qəlbimin ruhu ol Gəl, nə olar, qorusun bizi Yaradan Kaş həmişə yanımda sən olasan İnan, gözləyir zaman, nə qədər düşünür səni ürək Gəl bir olaq, sevgini sənlə bölək Bax üzümə həmişə gülərək Getmə Tut əlimdən, hiss elə nəbzimi Verdim sənə könlümü, qəlbimi Qoy bu mahnı ərisin şam kimi Səni qəlbimdən çıxarım, de, necə? Varlığındır, bil, məni yaşadan Sevmirəm desəm, olar yalan Xatirələrdir səndən mənə qalan Səni qəlbimdən çıxarım, de, necə? Duy səsimi, qəlbimin ruhu ol Gəl, nə olar, qorusun bizi Yaradan Kaş həmişə yanımda sən olasan İnan, gözləyir zaman, nə qədər düşünür səni ürək Gəl bir olaq, sevgini sənlə bölək Bax üzümə həmişə gülərək Getmə Duy səsimi, qəlbimin ruhu ol Gəl, nə olar, qorusun bizi Yaradan Kaş həmişə yanımda sən olasan İnan, gözləyir zaman, nə qədər düşünür səni ürək Gəl bir olaq, sevgini sənlə bölək Bax üzümə həmişə gülərək Getmə Getmə
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out