album cover
Seoal
3,278
Folk
Seoal was released on April 2, 2013 by Avay-e Nakisa as a part of the album Yavash Yeri (Music of Azerbaijan)
album cover
Release DateApril 2, 2013
LabelAvay-e Nakisa
LanguageEnglish
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM86

Credits

PERFORMING ARTISTS
Rahim Shahriari
Rahim Shahriari
Performer
COMPOSITION & LYRICS
Rahim Shahriari
Rahim Shahriari
Songwriter

Lyrics

Badəm şərabla dolub, Sinəm sualla dolub
Nə üçün yazda açır gül payız gələndə solur?
Nə üçün bu dünyada gözəldə naz çox olur?
Aşiqin məşuquna çatmağı əfsanə olur?
Badəm şərabla dolub, Sinəm sualla dolub
Nə üçün yazda açır gül payız gələndə solur?
Nə üçün bu dünyada gözəldə naz çox olur?
Aşiqin məşuquna çatmağı əfsanə olur?
Səsin şirin, Özün şirin, Birdənəsən, Yaman şirin
Darıxmışam sənin üçün, Gəl danışaq şirin şirin
Gözləməkdən yorulmuşam, Gəl barışaq Şirin Şirin
Birisi xoşbəxtligi, Nəğmədə Sazda görür
O biri Aşiq olub, Sevgi məhəbbətdə görür
Kimisə bağban olub, Çiçəkdə yazda görür
Kimisə istədiyin, Can ilə Cananla görür
Səsin şirin, Özün şirin, Birdənəsən, Yaman şirin
Darıxmışam sənin üçün, Gəl danışaq şirin şirin
Gözləməkdən yorulmuşam, Gəl barışaq Şirin Şirin
Əgər ilk məhəbbətdə, Axır ayrılıq olur
Nə üçün Vəfalı dostum, Gəlir Vəfasız olur
Düşənin eşq oduna, Dünyası sevgi olur
Saralıb hey sovulur, Axır gözü yaşla dolur
Badəm
Badəm şərabla dolub, Sinəm sualla dolub
Nə üçün yazda açır gül payız gələndə solur?
Nə üçün bu dünyada gözəldə naz çox olur?
Aşiqin məşuquna çatmağı əfsanə olur?
Badəm şərabla dolub, Sinəm sualla dolub
Nə üçün yazda açır gül payız gələndə solur?
Nə üçün bu dünyada gözəldə naz çox olur?
Aşiqin məşuquna çatmağı əfsanə olur?
Written by: Rahim Shahriari
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...