Şarkı sözleri

Bu, məndəki paranoya Mənə lazım deyildi şan, şöhrət, eyforiya Gəl qaytarım səni bir az əvvələ, romantik maya Gəl unudaq varlığımızı, lənət olsun dünyaya Bu mahnını yazanda mən bir az içkiliydim Bu mahnı yazıldı, sevildi, mənsə heç kim idim Nifrət edirdim sənə, sən isə bağışlamadın Səhnədə görəndə məni ağladın, alqışlamadın Bağışla, həyatım, mənim həyatım dəyişdi Bağışla ki, özüm də bilmədim, bu nə işdir Yazdığım kompozisiyalarda sənin baxışların Baxdığımız səhnələrdə indi mənim çıxışlarım Qazandığım uğurlara ən çox sən sevinərdin Məni təbrik edərdin və birgə qeyd edərdik Çoxaldı sənin yerini tutmağa çalışan özgələr Böyüdü səhnələr, alqışlarla açılan pərdələr Sənsizlik necə soyuq Ayrılıq nəğmələrindən ikimiz də yorulmuşuq Gəl qaytar məni bir az əvvələ - soyuq noyabra Etdiyim səhvlər çaşdırdı, qaçıram ora-bura Səndən sonra içimdə yoxdur qorxu Çünki səni itirmək idi ən pis qorxulu duyğu Xəstə şair yazdı haqqımızda gözündə yaşla Yazdı ki, ən böyük sevgilər nifrətlə başlar Bağışla, həyatım, amma sənin həyatın dəyişdi Sadəliyin itdi, insanlara münasibətin dəyişdi Hamıya yuxarıdan aşağı baxırsan, təbiətin dəyişdi Geyim tərzi, görünüş, sir-sifətin dəyişdi Sənin hərisliyin, mənim bir az tərsliyim var Səndən öyrəndiyim yalanlardan dərsliyim var Boğulanda göz yaşlarımda bil ki, gəlirəm, qarşıla Mən unutmadım olanları, nifrətimə görə bağışla
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out