Şarkı sözleri

Dindirmədi, ey dil, səni canan, əcəb oldu Etdin nə qədər naləvü əfğan, əcəb oldu Yüz dəfə dedim, vəsli təmənnasına düşmə Yandırdı səni möhnəti hicran, əcəb oldu Yandırdı səni möhnəti hicran, əcəb oldu Gülüzlü gözəl yarın olub qeyri ilə həmdəm Çıxsın gözün, olsun ciyərin qan, əcəb oldu Ol zülfə könül vermə dedim, qoy desin aləm İndi sənə divaneyi-dövran, əcəb oldu İndi sənə divaneyi-dövran, əcəb oldu Qoydun niyə ağyarı yaxın kuyinə yarın? Cənnətdən uzaqlaşmadı şeytan, əcəb oldu Yarım, elə bir dövrdə gəldik bu cahana Bir gözdə göründü bütün insan, əcəb oldu Bir gözdə göründü bütün insan, əcəb oldu
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out