Şarkı sözleri

Giriban oldu rüsvalıq əlilə çak damən həm Mənə rüsvalığımdan dustlər tən etdi, düşmən həm Rəhi-eşq içrə, can qıldım, giriftari-bəla, tən həm Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm? Əgər tutsam ğəmim eldən nihan, səbri qərarım yox Və gər şərhi-ğəmi-pünhanım etsəm, ğəmgüsarım yox Əsiri-bəndi-zindanəm, əlimdə ixtiyarım yox Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm? Ay əman, ay əman, əman eey Olubdur əşki-xunab ilə gülgun-çöhreyi-zərdim Yanıbdır atəşi-hicrana cani-dərdpərvərdim Cəfayi, eey, cəfayi-çərxi-kəcrəftar əlindən var min dərdim Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm? Gəhi şövqi-vüsali, gəh bəlayi-hicr ilə zarəm Özüm həm bilməzəm dərdim nədir, mən necə bimarəm Ğəmi-eşq içrə dərmani yox dərdə giriftarəm Ğəmi-eşq içrə bir dərmani yox dərdə giriftarəm Bu yetmezmi ki, bir dərd artırırsan dərdimə sən həm? Aman ey, yar aman ey Cüda səndən bəlavü dərdi-hicran ilə tutdum xu Qılır hər dəm mənə bidad dərd ayru, bəla ayru Bəlavü, bəlavü dərdə düşdüm ruzigarım böylə, halım bu Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm? Təbibi-eşqə çün izhar qıldım dərdi-pünhani Məni bimarə, olmadı bir səhhət imkani Əzəldən var min dərdim, yoxdur heç dərmani Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm? Füzuli, füzuli hər zaman bir tən ilə bağrım qılırsan qan Əcəb bilməzmisən, əcəb bilməzmisən kim, eşqdən keçmək deyil asan? Bilirsən düşmüşəm, yoxdur ona dərman Bilirsən düşmüşəm bir dərdə kim, yoxdur ona dərman Bu yetməzmi ki, eey, bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm? Əman, əman, bedad əman Əman, əman, əman, əman Ey ay əman, dad əman, dad əman eey
Writer(s): Dr Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out