album cover

Yollar (feat. Tunar)

47,671Pop2010
album cover
Yollar (feat. Tunar) was released on August 29, 2010 by Röya Official as a part of the album Mahnılar (2005-2010)
ReleasedAugust 29, 2010
LabelRöya Official
BPM77
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

Nə gələn var, nə gedən var
Yalqızdır yollar sənsiz
Yollar sənsiz, necə ağlar sənsiz
Göy üzündə ülvi hisslər sevgi istər
Əllər sənsiz, qollar sənsiz
Necə, ey yar, sənsiz
Kölgə görüb boylanıram
Sənsən o kölgə, sanıram
Sən deməsən, deyəsən, aldanıram
Kölgə demə, bəlkə mənəm
Gördüyün o kölgə mənəm
Ürəyin səsini dinlə, mənəm
Yollar darıxır bizlər üçün
Gözlər darıxır gözlər üçün
Gözlər bizə qoyan hisslər
Yenə bizi gözlər
Yenə qovuşar bizə yol
Qalsın həsrət o illərdə
Olsun, yaşasın o dillərdə
Olsun, nəğməmiz olsun
Sevgimiz olsun, sən də de
Olsun, olsun, yar
Gələr olsam, son ümidi yollara
Bağlarsanmı, bağlarsanmı
De görüm, sən mənsiz?
Desələr ki, getmişəm mən, bitmişəm mən
Ağlarsanmı, ağlarsanmı
De görüm, sən mənsiz?
Həsrətimə döz, gələrəm
Sənə verirəm söz, gələrəm
Qəm yemə sən, əzizim, tez gələrəm
Könlümə mən: “Döz”, - deyirəm
Hər gecə mən izləyirəm
Gəl, gözümün nuru, gəl, gözləyirəm
Yollar darıxır bizlər üçün
Gözlər darıxır gözlər üçün
Gözlər bizə qoyan hisslər
Yenə bizi gözlər
Yenə qovuşar bizə yol
Qalsın həsrət o illərdə
Olsun, yaşasın o dillərdə
Olsun, nəğməmiz olsun
Sevgimiz olsun, sən də de
Olsun, olsun
Yollar darıxır bizlər üçün
Gözlər darıxır gözlər üçün
Gözlər bizə qoyan hisslər
Yenə bizə gözlər
Yenə qovuşar bizə yol
Qalsın həsrət o illərdə
Olsun, yaşasın o dillərdə
Olsun, nəğməmiz olsun
Sevgimiz olsun, sən də de
Olsun, olsun, yar
Written by: Oqtay Kamil, Tunar Zeynalov

Shazam Footer

Select language:
Google Play Store
Apple App Store
Chrome Web Store
Galaxy Store

Follow Us

Loading...