歌词

Mən sənin varlığına o qədər alışmışam ki Heç yoxluğunda bu qədər yanıb alışmamışdım (Sənsiz) Saçlarına boğulub batıb elə qarışmışam ki Heç bəni-adəm çürüyüb torpağa belə qarışmamışdı Laxta qanların əvəzinə saxta qanlar İllərin bəd xəbəri səbrimi dartıb geniş Və sənə varmaq üçün başqa yollar axtaranda Ozan Arif "başqa yol yox artıq" demiş (Başqa yol yox artıq) Sən əzbərimdəsən, mənim adım kimisən! İlk baxışdan sevdiyim qadın kimisən! Sən ölüm kimi, sən yaşam kimisən! Əbədi xilaskar — Nuru Paşam kimisən! Düz eliyib də ayırdıq düzü yüz eyibdən Necə ki həmin dağlar ilham alır Üzeyirdən Azan səsinə açılıb nəfəsi minarənin Şahidi müharibənin, afərin, Xüdafərin Mənim ruhum o dağlara qanadlanar Mən xəzinəmə görə narahat Cavad xanam Necə ki cana bəsrət taxt-tacına şah Qacarın Axtarıb tapdıracaq, tapdayacaq, saplayacaq (Dibinə kimi) Gözəlliyinin aşiqiyəm, dünyaya səs salıram Şəhriyarın "qasid"iyəm, Müşfiqin "rəssam"ıyam Qafiyəm misri, sətrim ozan mizrabıdı Yezidin dəstəmaz almağı belə, su israfıdı Boz Qurd səni elə sevmişdi, Tatar qızı Heç Timuçin Börtəni belə sevməmişdi Perronda qarşıladıq birinci qatarımızı (Növbəti stansiya Xankəndi) Yəni ev demişdik
Writer(s): Elvin Səmədli, Kamil Ismayilov Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out