歌词
Yaşadığım soyuq anlar
Gəlişinlə oldu bahar
İlk səsini duyduğum an
Sanki dirildi can
Bir baxışdan dondu zaman
Fikrim səndə qaldı, inan
Sevginlə dəyişdim yaman
Oldum başqa insan
Həyatıma Günəş doğdu
Varlığın dərd-qəmi boğdu
Addımladıq birgə, canım
Səninlə bağlı ən xoş anım
O, soyuq qış, mən isə ona aşiq qaram
O varsa bu dünyada, mən də varam
İlk baxışdan onu onsuz, onu sonsuz sevdim deyə
Məlhəm oldu qovuşmamız, itdi yaram
O, günəşdir, mən isə ona aşiq qaram
O varsa bu dünyada, mən də varam
İlk baxışdan onu onsuz, onu sonsuz sevdim deyə
Məlhəm oldu qovuşmamız, itdi yaram
Həyatıma Günəş doğdu
Varlığın dərd-qəmi boğdu
Addımladıq birgə, canım
Səninlə bağlı ən xoş anım
O, soyuq qış, mən isə ona aşiq qaram
O varsa bu dünyada, mən də varam
İlk baxışdan onu onsuz, onu sonsuz sevdim deyə
Məlhəm oldu qovuşmamız, itdi yaram
O, günəşdir, mən isə ona aşiq qaram
O varsa bu dünyada, mən də varam
İlk baxışdan onu onsuz, onu sonsuz sevdim deyə
Məlhəm oldu qovuşmamız, itdi yaram
Written by: Anar Samadov, Jeyhun Jabbaroghlu