歌词

Keçən il gördüm səni Heyran eylədin məni Gözəl qız, al geyinib Gəl, ol anam gəlini O nə xaldır yanağında? O nə xaldır yanağında, yanağında, yanağında ay? Öldürmə, qız, məni Sevirəm səni Ah, necə sevdim, necə sevdim, necə sevdim, yar Mən necə sevdim, necə sevdim, necə sevdim, yar Bilirəm ki, sevirsən Keçən ildən məni sən Lakin, mən sevməyirəm Onu da bilməlisən Bilməlisən, bilməlisən, hey Qızların adətidir Sevdiyi oğlana naz eylər Nə qədər naz eyləsə Oğlan aldadıb, yoldan eylər Sevgiyə naz nə gərəkdir? Sevgisiz naz ola bilməz Sevgiyə naz nə gərəkdir? Sevgisiz naz ola bilməz Yenə könlümün quşu Uçdu yar budağına Səni görcək nəzərim Düşdü ağ buxağına O nə xaldır yanağında? O nə xaldır yanağında, yanağında, yanağında ay? Öldürmə, qız, məni Sevirəm səni Ah, necə sevdim, necə sevdim, necə sevdim, yar Mən necə sevdim, necə sevdim, necə sevdim, yar Bilirəm ki, sevirsən Keçən ildən məni sən Lakin, mən nişanlıyam Əlini üzməlisən Üzməlisən, üzməlisən, hey Qızların adətidir Sevdiyi oğlana naz eylər Nə qədər naz eyləsə Oğlan aldadıb, yoldan eylər Sevgiyə naz nə gərəkdir? Sevgisiz naz ola bilməz Sevgiyə naz nə gərəkdir? Sevgisiz naz ola bilməz
Writer(s): Məhərrəm əlizadə, Soltan Hacibeyov Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out