歌詞

Sonu varmı? Didəcək bəs nə qədər qəlbimi həsrət Səni verdi, amma hər şeyimi mənim aldı məhəbbət Dözərəm mən, mənə güc verdi, səbr verdi ümidlər Dözə bilsən, əridər dağdan uca dərdi ümidlər Sonu varmı? Didəcək bəs nə qədər qəlbimi həsrət Səni verdi, amma hər şeyimi mənim aldı məhəbbət Dözərəm mən, mənə güc verdi, səbr verdi ümidlər Dözə bilsən, əridər dağdan uca dərdi ümidlər Tut əlimdən, mənə sənsiz yaşamaq dərddir, gülüm, gəl Tut əlimdən, öləcəmsə, qoy əllərində ölüm, gəl Tut əlimdən, görürəm təkcə o xoşbəxtliyi səndə Sorsalar, desələr – "kimdədir könlün" – de ki, məndə Geri dön ki, yaşayaq bir də həmin günləri təkrar Geri dön ki, səni səndən daha artıq sevənin var Gəl, həyatım, səni yollarda gözüm axtarır hər gün Əzizim, sənə qəlbim dil açıb, yalvarır hər gün Tut əlimdən, mənə sənsiz yaşamaq dərddir, gülüm, gəl Tut əlimdən, öləcəmsə, qoy əllərində ölüm, gəl Tut əlimdən, görürəm təkcə o xoşbəxtliyi səndə Sorsalar, desələr – "kimdədir könlün" – de ki, məndə Tut əlimdən, mənə sənsiz yaşamaq dərddir, gülüm, gəl Tut əlimdən, öləcəmsə, qoy əllərində ölüm, gəl Tut əlimdən, görürəm təkcə o xoşbəxtliyi səndə Sorsalar, desələr – "kimdədir könlün" – de ki, məndə
Writer(s): Nazim Məmmədov, Sərxan Nizamoğlu Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out