類似的歌曲
積分
演出藝人
Tomris
演出者
詞曲
Vüqar Babayev
詞曲創作
歌詞
Günlər oldu, heç evimdən çıxmadım
Zənglər çaldı, heç birini açmadım
O sevdiyim film vardı, baxmadım
Qəmliyəm, necə qəmliyəm bu gün!
Daha sənin şəklinə də baxmadım
Sildim atdım, yalnız birin saxladım
Gözlərimi ovucumla bağladım
Ağladım, necə ağladım!
Soruşdunmu, necəsən bu gün?
Necə keçir gün?
Heç oldumu ürəyin dola, amma dil susa?
Unutdunmu?, elə bir anda gələm ağlına
Heç olmurmu yada düşənlər qala yanında?
Soruşdunmu, necəsən bu gün?
Necə keçir gün?
Heç oldumu ürəyin dola, amma dil susa?
Unutdunmu?, elə bir anda gələm ağlına
Heç olmurmu yada düşənlər qala yanında?
Günəş doğdu, pərdələri bağladım
Güllər soldu, heç birini atmadım
Ən üstdəki tozlu rəfdə saxladım
Ağladım, yenə ağladım bu gün
Səssiz getdin, görüşünə çatmadım
Qəhər boğdu, həmin gecə yatmadım
Çox axtardım, heç özümü tapmadım
Yoruldum, daha yoruldum!
Soruşdunmu, necəsən bu gün?
Necə keçir gün?
Heç oldumu ürəyin dola, amma dil susa?
Unutdunmu?, elə bir anda gələm ağlına
Heç olmurmu yada düşənlər qala yanında?
Soruşdunmu, necəsən bu gün?
Necə keçir gün?
Heç oldumu ürəyin dola, amma dil susa?
Unutdunmu?, elə bir anda gələm ağlına
Heç olmurmu mənə bənzəyən çıxa qarşına?
Lyrics powered by www.musixmatch.com