歌詞

Gözlərəm səni, gəl, üzmə məni Gəl, ay yarım, gözüm qalıb yollarında Güllər açıldı, bülbüllər ötdü Harada qaldın? Gözəl yarım, qaldın harada? Deyirlər, məndən Üz döndərmisən Mən bu sözlərə İnanmaram, inanmaram Özgə birinə Könül vermisən Mən bu sözlərə İnanmaram, inanmaram O gözlərdən, mən o gözlərdən Küsərəmmi, küsərəmmi? Ayrılığa, ayrılığa Dözərəmmi, dözərəmmi? Yarın həsrətinə dözərəm hər an Durub yollarında gözlərəm hər an Yarın həsrətinə dözərəm hər an Durub yollarında gözlərəm hər an Laləli düzdə, cığırda, izdə Qoşa gəzib yığardıq biz bənövşələr Bu sevgimizin şahidi olub Buz bulaqlar, göy çəmənlər O gülşənlər Deyirlər, məni Sən unutmusan Mən bu sözlərə İnanmaram, inanmaram Əhdimizə sən Dönük çıxmısan Mən bu sözlərə İnanmaram, inanmaram O gözlərdən, mən o gözlərdən Küsərəm mi, küsərəmmi? Ayrılığa, ayrılığa Dözərəm mi, dözərəmmi? Yarın həsrətinə dözərəm hər an Durub yollarında gözlərəm hər an Yarın həsrətinə dözərəm hər an Durub yollarında gözlərəm hər an Yarın həsrətinə dözərəm hər an Durub yollarında gözlərəm hər an Yarın həsrətinə dözərəm hər an Durub yollarında gözlərəm hər an
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out