歌詞
Qəlbimin dərisini çəkib
Təzə küpərmiş cavan tut ağacına
Həvəsimi kökləyib tarım, sarı simlər
Gözlərim yaşlı-yaşlı
Nə şən, nə də çox həzin
Nəğmə deyirəm, nəğmə deyirəm sizə
Nə şən, nə də çox həzin
Nəğmə deyirəm, nəğmə deyirəm sizə
Çalışmıram, qovuşum zor ilə qəlbinizə
Çalışmıram, hissimi köçürüm hissinizə
Çalışmıram, əqlimi nəqş edim əqlinizə
Nə şən, nə də çox həzin
Nəğmə deyirəm, nəğmə deyirəm sizə
Nə şən, nə də çox həzin
Nəğmə deyirəm, nəğmə deyirəm sizə
Nəğməm şəffaf, şipşirin, ətirli ağ tut kimi
İsti yay günlərində yanğınızı söndürər
Köksünüzü yaşamaq eşqi ilə döyündürər
Gözlərim yaşlı-yaşlı
Tarım, sarı simləri
Nə şən, nə də çox həzin
Nəğmə deyirəm, nəğmə deyirəm sizə
Nə şən, nə də çox həzin
Nəğmə deyirəm, nəğmə deyirəm sizə
Written by: Aydın Əzimov, Rəhman Əlizadə


