Lyrics

Məni candan usandırdı, cəfadan yar usanmazmı, usanmazmı? Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı Muradım şəmi yanmazmı? Fələklər yandı ahimdən Muradım şəmi yanmaz, şəmi yanmazmı? Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan Neçün qılmaz mənə dərman, məni bimarı sanmazmı? Qəmim pünhan tutardım mən, qəmim pünhan tutardım mən Dedilər yarə qıl rövşən, desəm, ol bivəfa, bilməm İnanırmı, inanmazmı? İnanırmı, inanmazmı? Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım Oyadar xəlqi əfğanım, qara baxtım oyanmazmı? Oyadar xəlqi əfğanım, qara baxtım oyanmazmı? Güli-rüxsarına qarşı gözümdən qanlı axar, qanlı axar su Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı Axar sular bulanmazmı? Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı, bulanmazmı? Deyildim mən sənə mail, sən etdin əqlimi zail Mənə tən eyləyən qafil səni görcək utanmazmı? Füzuli rindu şeydadır, Füzuli rindu şeydadır Həmişə xəlqə rüsvadır Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı? Bu sevdadan usanmazmı? Sorun kim, bu nə sevdadır, nə sevdadır Bu sevdadan usanmazmı?
Writer(s): Cahangir Cahangirov, Məhəmməd Füzuli Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out