Lyrics

Neyləsəm də, çıxa bilmirəm içindən işin Say görüm, neçə nəfəri itirməmişik? İtidir dişim, buraxmırlar irəli Bilmirlər ki, Rio döyüşçüsü illərin Buradan qovul, başla başqa yerdə Çalış-çalış ölənədək, başqa heç nə Çünki burada dəyərsizdir sənin sənətin Sözündən üstün olur sözü hansısa vələdin Hər gün menyu ver o bic balanın önünə Özünü məndən üstün tuturdu, buna əminəm Təkərləri fırlanırsa, o qız onun yanındadır Qəsdən üstlərinə qaynar çay tökmüşdüm, yadımdadır Yanılmadım, yenə yanılmadım Mən sıxıcı bir kitab deyiləm, yarım qalım İllərlə dəyişməyib "ortam"ınız eyni bil Dərsi keçmək üçün müəllimi ilə yatır sevgilin Fırlananda təkərlər Unudulur pulsuz açılan o səhərlər "Мама", sən də fərəhlən, çünki "Ghetto" birləşir göydələnə Fırlananda təkərlər Unudulur pulsuz açılan o səhərlər "Мама", sən də fərəhlən, çünki "Ghetto" birləşir göydələnə Gətir qabağıma qoy, əgər pulun varsa "LA"də "Compton", Qaraçuxurda "Trumbaza" İçində "real story" varsa, bil ki, "круг"dasan Məhəlləmi sökərsən, amma ki çətin unudarsan Üzümə baxmayan "котик, котик" İndi dizlərini qoyub yerə baxır üzümə Hər səhəri mənlə açıb, köynəyimi geyib Makiyajını eləyir otaqda güzgüdə Heç bir qancığa dəyişmərəm "Кухня"da yemək yeyəndə anamla elədiyim söhbəti Zarafatla deyir: "Nə vaxt ev alırsan?" Mən də "səbrli ol, "мамаша" deyib keçirəm "track"ə növbəti Oturduğumuz yerdə zəng gəlir ki, "брат"lardan biri növbədədir Pulunu versəz, göndərərik, hamı üçün bir nəfərik Gedəcəyik birdəfəlik Gedəcəyik birdəfəlik buralardan Fırlananda təkərlər Unudulur pulsuz açılan o səhərlər "Мама", sən də fərəhlən, çünki "Ghetto" birləşir göydələnə Fırlananda təkərlər Unudulur pulsuz açılan o səhərlər "Мама", sən də fərəhlən, çünki "Ghetto" birləşir göydələnə
Writer(s): Kavi Lybarger, Manuel, Riad Manaflı Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out