Lyrics

Mən içki içməmişəm, olmamışam heç sərxoş Bədənim köhnə fikirlərdən olur dəm gecələr Bu günəş nurlu sabah kimlərə xoşdur bilməm Mən gecənin xəstəsiyəm, başqa bir aləm gecələr Dəm gecələr, oluram dəm gecələr Gündüz saf və təmiz, günahkar adəm gecələr Elə bil, fikri-хəyal məhkum edir tənhalığa Nə qədər zülmət olar gözlərimdə, cəm gecələr Neçə aləmlərə aləm sığışıbdır elə bil Belə aləmlərə bənzərdi bu aləm, gecələr O qədər diz çöküb aləmnən hüzur istəmişəm Gətirib yorğanım altında verib qəm gecələr! Neçə pərvanələrim yandı məhəbbət oduna Məni yandırmış odum, bəlkə mənəm şəm gecələr Nə günah eyləmişəm bir tədarük odun kimi Elə onlardı yanar canda cəhənnəm gecələr Gözümün yaşı bitəndən sandım dərd də bitib Sən demə, bitməyəcək gözlərimdə nəm gecələr Bu nə qəmdir, bu nə dərddir, bu deyil sadəcə nəm Əməlli başlı axır gözümdə zəm-zəm gecələr Deyirsən, zülmətin gəlib gedərdi Sən yalan deyirsən, sən aldadırsan! Kimlər ki, yadıma düşməməlidir Onların hər birini xatırladırsan! Nə saat var, nə zaman var, nə də yox bir dəqiqə Necə zülmət daralır, ağlaram hərdən gecələr Belə tənhalığa dözməz neçə illik məhbus Özümlə baş başayam, yox mənə həmdəm gecələr O qədər xəyallarım, diləklərim yarım qalıb Elə onlar kimi hərdən qalıram kəm gecələr Üzümdə təbəssümüm vardı mənim gündüzlər Quruyur dil-dodağım mənim, niyə bilməm gecələr?!! Tökülür vərəqlərimə dərdi-kədər qəlbimdən Yazıram pis də olsa, onları silməm gecələr Xəyalım quş tək uçar, dərdi yığar dünyadan Yavaşca qonub oxuyar çiyinlərimə bəm gecələr Bir də tüstülər, zəhərlər çəkirəm ard-arda Həkimim yox, təbibim yox, ciyər vərəm gecələr Məni salmış necə haldan-hala ağlım getmiş Bəlkə də, yox olmuşam, bəlkə heçnəyəm gecələr! Zülmətin içində məhkum olarsan Ən gözəl hisslərin bir anlıq olar Dünyası gecələr başlayanların Ölümü gecədən qaranlıq olar! Əlimnən nə gəlir heçnə bilmirəm Bəlkə də sətirlər işıq yandırar Mənim üçün günəşi söndürən Allah Gün gələr gecəni işıqlandırar!
Writer(s): Elvin Nasir Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out