album cover
Spaethe
album cover
Spaethe wurde am 13. Februar 2020 von Madhouse als Teil des Albums Spaethe - Single veröffentlicht
13. Februar 2020
LabelMadhouse
BPM
Melodizität
Akustizität
Valence
Tanzbarkeit
Energie

Musikvideo

Musikvideo

Songtexte

Bu drama qan və qumdur
"Spaethe" - sonuncu sonata, son məktubumdur
Tərk edilmək, atılmış evlərdə qalmaq
Sanki danmaq, sənsizlik od, zəbundur
Ən ağır mənzərədir
Ölən müridlər, partlayan mədrəsədir
Zəkat, xüms oğurlanan sədəqədir
Sənsizlik pərt olmaq və məsxərədir
"Ölmə" deyən olmur, qapını döy gələndə
Günəş Ay kimi görünür yerə göy gələndə
Ağrı göynədəndə ürəyin istifadə tarixi bitir
Sənsizlik yıxılmaqdır göydələndən
Səbəbsiz təbəssümlə səni elə təsvir edim ki
Ağlın çaşsın tərənnümdən
Pozdum sən gedən gündən gəlişini
Yazırdım, sən gələn gündən bu günə kimi idi axı sənsizlik
İnsan olmaqdır - günahda boğulmaqçün
Mələk olmaqdır - sirləri gizlətməkçün
Şeytan olmaqdır - cənnətdən qovulmaqçün
Şair olmaqdır - dünyanı sənə bənzətməkçün
Doğrularla, yanlışlarla
Məni bağışlama
Mən bağışlamadım özümü, sən də bağışlama
Göz yaşın yağışlardır (göz yaşın)
Göz yaşın tanışdır mənə ən yaxın tanışlardan
Məni bağışlama
Mən bağışlamadım özümü, sən də bağışlama
Göz yaşın yağışlardır (göz yaşın)
Göz yaşın tanışdır mənə ən yaxın tanışlardan
Written by: Emin Memmedov, Orxan Mustafazadə
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...