Songtexte

Sevgi ömrümüzün canı qanıdır Vüsal sevgimizin şirin danıdır Yaratmış bizi dünyanın sevgisi Əbədidir sevgi, dünya fanidir Gəl qovuşaq yar, bitsin həsrətim Sevgisiz dünya heç, gəl məhəbbətim Gəl, ömrüm-günüm, həyatım, gəl Gözləmir zaman Sanki yaşamadım sənsiz illəri Ömür məhəbbətsiz, payız yelləri Sevəndən bəri işıqlandı dünyam Ömrümün bəzəyi sevgi gülləri Gəl, sevgilim, gəl, sənsən gümanım Dözmürəm həsrətə, gəl, mehribanım Gəl, ömrüm-günüm, həyatım, gəl Gözləmir zaman Dünyanın şahı sevgidir Ömrün allahı sevgidir Gəl, sevgilim, gəl, sənsən gümanım Dözmürəm həsrətə, gəl, mehribanım Gəl, ömrüm-günüm, həyatım, gəl Sənsizəm mən Gəl, ömrüm-günüm, həyatım, gəl Gözləmir zaman Dünyanın şahı sevgidir Ömrün allahı sevgidir
Writer(s): Rəşad Haşımov, Sərvər şahbəyli Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out