Lyrics

Mən səni gözlədim hər gün, hər gecə Qəlbimdə ağlayan məhəbbət ilə Mən səni gözlədim hər an beləcə İçimdə üşüyən bir həsrət ilə Gözümdə saralan qəmli eşqimi Sənin baxışların əlimdən aldı İçimdə hönkürən duyğularımı Bir dəli məhəbbət tilsimə saldı Mən səni gözlədim yol ayrıcında Küləklər könlümü alana qədər Mən səni gözlədim sevən qəlbimdə Məhəbbət bir nəğmə olana qədər Mən səni gözlədim sonsuz səhrada Ürəyim od tutub yanana qədər Mən səni gözlədim qarlı baharda Bu həsrət bir vüsal olana qədər Həsrətim gözümün gölündə üzdü Dənizdə çırpınan dalğalar kimi Ləpələr eşqimi sahilə düzdü Yarpaqdan asılan damlalar kimi Mən səni gözlədim yol ayrıcında Küləklər könlümü alana qədər Mən səni gözlədim sevən qəlbimdə Məhəbbət bir nəğmə olana qədər Olana qədər Mən səni gözlədim yol ayrıcında Küləklər könlümü alana qədər Mən səni gözlədim sevən qəlbimdə Məhəbbət bir nəğmə olana qədər
Writer(s): Barat Abdullayev, Iftixar Piriyev Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out