Lyrics

Səni hər an gözləyərəm İzləyərəm pəncərədən Baxışların bulaq kimi Axıb gedər küçələrdən Deyirsən ki Deyirsən ki: "Sorma məni bir kimsədən" Necə susum, necə danım? Səni sevdim, səni andım El içində, Mehribanım Adındamı, özündəmi Sözündəmi mehribanlıq? Heç bilmirəm necə oldu Bu sevdaya qoşa yandıq Sevirsənsə, eşqimizdən axı niyə utanırıq? Necə susum, necə danım? Səni sevdim, səni andım El içində, Mehribanım Mehribanım, Mehribanım Mehribanım, Mehribanım Qönçəm mənim, gülüm mənim Ulduz dolu kəhkəşanım İstəyirəm haray salıb, bu sevdanı elə yayım Necə susum, necə danım? Səni sevdim, səni andım El içində, Mehribanım Necə susum, necə danım? Səni sevdim, səni andım Necə susum, necə danım? Səni sevdim, səni andım Mehribanım, Mehribanım Mehribanım, Mehribanım
Writer(s): Elza Ibrahimova, Vahid əziz Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out