Lyrics

Sevgim qaranlıqda fanardır, yanır Həyatım yuxu kimi anlardır, çağırır Arzularım ağlımda, saatım dayanıb Aram-aram bükdüm mən, sardım qayığı Gözlərim fırlanırdı Yer kimi Hisslər şəkillərdə sərgi Zirvədə tənhayam, bu vergi Gözləyir gecəyarı zəngimi, o Yağışlarsa səngimir Haradan peyda oldun? Sevirəm səni Çəkirəm rəsm Gecədən bəri səma rənglənib Zaman əqrəbi Fani dünyalara qərib Füzuli kimi yüz il həkimin Gözlərində "shine" güzgüdəkinin İçinə tüstü çəkilin Axdım buludlara mən, aydınlandım Arzular-arzular saydım, aldım Seyr elədim, ay dolanır Gecələr "high" dumandır, "high" duman Axdım, aydınlandım Aydınlandım Aydınlandım Aydınlandım Qürurun bənzəyirdi xəncərə Gözlərin qəlbinədir pəncərə Axtardım hər gün, hər gün macəra Gecəmin altındadır mənzərəm Yayılır istilik qucağıma Bədəni yandırır bu çaxmaq Dünyaya qışqırdım ucadan Sarılıb o mənə, yaxındır səmalar Sıxılsam, gedərəm üstümdə demolar Sevgim depoda, tavanda eqomuz Üşüsən de mənə, yazaram sənçün ev olar Cibimdə qənd olur, kənd oğlu, saatım dayanıb İşığı yandırdım, söndürdüm, şəhərim oyanır Axdım buludlara mən, aydınlandım Arzular-arzular saydım, aldım Seyr elədim, ay dolanır Gecələr "high" dumandır, "high" duman Axdım, aydınlandım Aydınlandım Aydınlandım Aydınlandım
Writer(s): Mövlud Niftəliyev, Pərviz Quliyev Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out