Lyrics

Birdən-birə sən dəyişib soyuq bir buz parçasıtək Soyudun niyə, de? Gördünmü ürək? Bu yalançı eşqin hər zərrəsi dərd Hər küncü bəla, yandım yenə mən İçimdən dumanlar axdı cümlələrə Bu həyat nə dərd, nə xoş səninlə mənə Bir gərəksiz həsrətin qulundayam, yolundayam Gəzə-gəzə səni axtarım? Qapı-qapı arayım? Gedəni-gələnimi saxlayım? Yarı-yarı arayım Xəyalınımı qucaqlayım? Sənə necə yarayım? Ürəyi neçə dəfə dağlayım? Neçə dəfə sarayım? Gəzə-gəzə səni axtarım? Qapı-qapı arayım? Gedəni-gələnimi saxlayım? Yarı-yarı arayım Xəyalınımı qucaqlayım? Sənə necə yarayım? Ürəyi neçə dəfə dağlayım? Neçə dəfə sarayım? Səhərin küləyi, gecə şəhərin mahnıları Səni bəhs edir eşq, mənə bəxş edir öldürən ağrıları Ölüyəm bəlkə də? Amma yoxdur ki, ağlayanım Qırılır, sökülür ürəyimdəki sarılan sarğılarım Baxıram eyvandan quruyan göy dənizə Bəlalar, görəsən, birdən-birə haradan gəldi bizə? Bədənim daşdır sanki tərpənməyən qaya Ruhumu fərqli rənglərlə çərpələnglərlə uçurtdular səmaya Gəzə-gəzə səni axtarım? Arayım? Gedəni-gələnimi saxlayım? Arayım? Xəyalınımı qucaqlayım? Necə yarayım? Ürəyi neçə dəfə dağlayım? Sarayım? Gəzə-gəzə səni axtarım? Qapı-qapı arayım? Gedəni-gələnimi saxlayım? Yarı-yarı arayım Xəyalınımı qucaqlayım? Sənə necə yarayım? Ürəyi neçə dəfə dağlayım? Neçə dəfə sarayım? Gəzə-gəzə səni axtarım?
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out