Similar Songs
Credits
PERFORMING ARTISTS
Elçin Cəfərov
Performer
COMPOSITION & LYRICS
Elçin Cəfərov
Songwriter
Lyrics
Necə gözəl yağır yağış, yaş hər tərəf
Bu gecə məni bağışlayardı kaş bir təhər
Səhərəcən yağ, yu, apar bütün kirli qəlbləri
Şəhərə yağ, sil apar bizi üzən kədərləri, qəmləri
Yağ yağış islansın hər tərəf
Yağ yağış yaşlansın səhifələr
Tez tez gəl
Mən əslində heç doymuram ki səndən
O boyda göydə, bu boyda yerdə tək
Tənhayam, sənsizəm, yağ hərdən
Gecədir, tək gəzirəm
Hava dolmuş, mən soyuqdan əsirəm
Sormayın halımı, necəyəm, heç bilmirəm
Təmizlə mənə toxunan mən saf bildiyim amma yalana bürünmüş o əlləri
Yağ yağışım!
İtirdiyim, silə bilmədiyim o illəri
Yağ yağış islansın hər tərəf
Yağ yağış yaşlansın səhifələr
Tez tez gəl
Mən əslində heç doymuram ki səndən
O boyda göydə, bu boyda yerdə tək!
Tənhayam, yalqızam, yağ hərdən
Yağ yağış islansın hər tərəf
Yağ yağış islansın hər tərəf
Writer(s): Elçin Cəfərov
Lyrics powered by www.musixmatch.com