Vídeo musical

Qaraqan — Yetdimi
Mira el vídeo musical de {trackName} de {artistName}

Presentada en

Créditos

COMPOSITION & LYRICS
Elkhan Zeynalli
Elkhan Zeynalli
Songwriter

Letras

Bilmirəm yetdimi yeddi il sükutum millətin cəminə dərs Dadı şirindi, amma doydurdumu ruhunu barı çayı-çərəz Cahili toxtadan olarmı arifə bəs? Heç vaxt! İynəsi bizi olmayan sözlər sırğaya dönməz, tökülər, qalar nə tozu, nə izi Yeddi il ruh tərk elədi bədəni, xoş oldu qafa dingildədi cism Millətin kefi saz, amma sazı kef olduğu üçün inildədi içi Yad daşın irinlərin içir Özünəibadət məbədində hamı Azıxdan qalan çənələr bağırdı ağız dolusu Yeddi il mən idim hamınızın dinləyicisi Yellədi sizləri Qərb küləkləri Qərbin tam qəlbində mənim bir türküm belə tərpənmədi Və satılmadı bəxşişlərə Yeniləndim, amma dəyişmədim Miami Downtown, 50-ci mərtəbədə yeganə dərviş mənim Aman ovçu, vurma məni, göydələnlərin dumanıyam Bulud oldum, bura yağdım, mən dənizimdən aralıyam Göndər məni təyyarələrlə, məktubumu uzaq məsafələrlə Xalqıma çatdır naməmi, bilirəm onların ümidi, gümanıyam Aman ovçu, vurma məni, göydələnlərin dumanıyam Bulud oldum, bura yağdım, mən dənizimdən aralıyam Göndər məni təyyarələrlə, məktubumu uzaq məsafələrlə Xalqıma çatdır naməmi, bilirəm onların ümidi, gümanıyam Gəldim buralara görüm bizi gələcəyə aparan qatar gedir hara Bəyaz dişlər, bəyaz gəmilərdə, bəyaz gözəllər qəlbləri zil qara Zərləri, sil sürmələrini, Tix-Tox xanımın, bax pıspısadır qara Necə söyləmişdi Mövlana, sözü nübardı hər dövrana, bala İnsanlar gördüm əynində paltarı yox, paltarlar gördüm içində insanı yox Gözəgörünməz qəfəsin altında elə bilir zindanı yox Yüz qarın tox, bir sıfır quyruğa, penniyə stok, iki cet ilə üçbucağına Bermudun Gecə yaxta ilə geriyə - bu mənim "flow"m Xəyallarındakıların hamısına çatmışam, mənim yox diləklərim Qayıdıram yenə külə dönə qəlbim, amma qızdıra o yaralı ürəkləri Sınsa da belim ola dirəkləri - həqiqəti söylərəm ola diləkləri Yandır üç lələyimdən birin: Qarğanı gətirə Bakı küləkləri Aman ovçu, vurma məni, göydələnlərin dumanıyam Bulud oldum, bura yağdım, mən dənizimdən aralıyam Göndər məni təyyarələrlə, məktubumu uzaq məsafələrlə Xalqıma çatdır naməmi, bilirəm onların ümidi, gümanıyam Aman ovçu, vurma məni, göydələnlərin dumanıyam Bulud oldum, bura yağdım, mən dənizimdən aralıyam Göndər məni təyyarələrlə, məktubumu uzaq məsafələrlə Xalqıma çatdır naməmi, bilirəm onların ümidi, gümanıyam
Writer(s): Elkhan Zeynalli Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out