Letra

İlahi bu dünyada heç kimi qoyma atasız Nə zaman dara düşsən getdiyin ünvan atadır Ola bilsin ki biraz zəhmlidir xasiyyətcə İçində gizlənibdir sevgi mehriban atadır Atanın zəhməti ilə yetişmişik biz bu günə Ömrünü fəda edibdir bizə qurban atadır Qabaran əlləri ilə sığal çəksə başımıza Keçəcək dərdlərimiz,dərdlərə dərman atadır Bir gün dibə düşsən,bir gün pulun bitsə Nə qədər can deyənin varsa hamısı tərk etsə Dostların,yaxınların dar günündə qaçıb getsə Səni tək qoymayacaq yeganə insan atadır İlahi bu dünyada heç kimi qoyma atasız Atasız bir övlad,başsızdı kimsəsizdir Məhlədə böyüksüz evlərin yanından keçəndə Düşünürdüm ki bu ev niyə bu qədər səssizdi Sağ ikən qədrini bil,öləndə çox gec olur Deyərsən geri gələrdi,dərdimi anlayardı O qədər gənc yaşında qəbirə qoyan atasın Deyir kaş sağ olaydı,hər gün danlayırdı Bir gün bir şəhidin il dönümünə getdim Şəhidin bir qızı var,olardı 4 ya 5 yaşı Atamla fəxr edirəm,söylədi mikrafona Qırağda atamı istəyirəm deyib tökdü göz yaşı Bir ev var qocalar evi,arabir gedin baxın Bu ahıl yaşlı adamlar eləyibdir dar evi O 5 yaşında qızda olan qeyrətin birazı Olsaydı sizlərdə,olmazdı qocalar evi İlahi bu dünyada heç kimi qoyma atasız Nə zaman dara düşsən getdiyin ünvan atadır Ola bilsin ki biraz zəhmlidir xasiyyətcə İçində gizlənibdir sevgi mehriban atadır
Writer(s): Elvin Nasir, Elvin Nesirov Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out