गाने
Gəl uzaqlaşaq
Yer üzündən
Pərdələr asaq (gəl, gəl, gəl)
Zamanın gözündən
Biz gəl uzaqlaşaq
Yer üzündən
Pərdələr asaq (gəl, gəl, gəl)
Zamanın gözündən
Biz
Ruhuma külək əsir
Mənə sərin duyğular gərəkdir
Bu sevginin qədrini
Biz itirsəkmi, bilərdik?
Bəlkə də, biz danışmazdıq
Susmağın bəhanəsiylə
Olmadı bunları, fərz eylə
Qorxunc yuxuları dərs eylə
Bəlkə də, mən yaxındaydım
Amma sən məndən uzaqda
İnanırdım, səhv salmazdıq
Cəhd eləsə idik bir az da
Öz əlimizlə qurduğumuz evdə
Bir ömürlük dustaq
Bəlkə də, bir həll tapmaq olardı
Bir dəfə üzbəüz otursaq
Sonsuz sahillərdə
Əbədi nağıla inansaq
Dalğaların rəqsiylə
Ləpədən qaçaraq
Uzaqlaşaq
Yer üzündən
Pərdələr asaq (gəl, gəl, gəl)
Zamanın gözündən
Biz gəl uzaqlaşaq
Yer üzündən
Pərdələr asaq (gəl, gəl, gəl)
Zamanın gözündən
Biz
Gəl uzaqlaşaq
Pərdələr asaq
(Gəl, gəl, gəl)
Writer(s): Ilkin Huseynov
Lyrics powered by www.musixmatch.com