Video Musik

Video Musik

Dari

PERFORMING ARTISTS
PRoMete
PRoMete
Performer
COMPOSITION & LYRICS
Diamond Style
Diamond Style
Composer
Pərviz Isaqov
Songwriter
PRoMete
PRoMete
Arranger
PRODUCTION & ENGINEERING
PRoMete
PRoMete
Producer

Lirik

Gəl dalaq dərinə boğulana qədər
Lap çökək dibinə yox olsun iki nəfər
Sənlə mən əl-ələ ölümə əgər
Deməli bu həyat yaşanılmayıb hədər
Nə qədər mənə de var hələ nələr
İçinə, gözünə sızacaq sirrlər
Təklik deyil bizim üçün
Bizimki yarımçıqlıq
Gəl yarıda qoyub qaçaq hər şeyi
Mənə nə gərək sənsənsə hər şeyim
Bu ruh adlı gəmidə hakim ürək
Pilotajdan imtina edib beyin
Soyun bədənini, ruhunu burax
Axı biz də bacarırıq uçmaq
Bunun üçün lazımdı nə qədər az
Hisslər okeanınına ayaq basmaq
Bu hisslər
Okeanında
Bir tək sən
Təkcə sən ol yanımda
Zamanı burax əlimi götür
Dodağıma qon nəfəsi ötür
Qarışdır saçımı dünyanı söndür
Biraz da dərinə və daha hündür
İndi aç gözünü alnın alnımda
Yerin üstündəyik səmanın altında
Çətin ki, düşsün dünənlər yadına
Hər dəfə qızanda bu anı xatırla
Sənin üçün çətindi gücsüz uzandın
Dərində rəqs edir indi barmaqlar
Üstünü örtdüm sətirlərimlə
Və gedirəm yazmağa çıxdım otaqdan
Bu hisslər
Okeanında
Bir tək sən
Təkcə sən ol yanımda
Bu hisslər
Okeanında
Bir tək sən
Təkcə sən ol yanımda
Written by: Diamond Style, Pərviz Isaqov
instagramSharePathic_arrow_out

Loading...