Dari
PERFORMING ARTISTS
DJ Asiman
Performer
Eyyub Yaqubov
Performer
COMPOSITION & LYRICS
Elibaba Memmedov
Composer
Mikayil Musfiq
Songwriter
Lirik
Sən onun eşqiylə, məhəbbətiylə
Vurmadın ömrünü başa, ürəyim
Sən onun eşqiylə, məhəbbətiylə
Vurmadın ömrünü başa, ürəyim
Sevgi hədəfini nişan alanda
Dəydimi oxların daşa, ürəyim?
Sevgi hədəfini nişan alanda
Dəydimi oxların daşa, ürəyim?
Sən canı canandan ayrı tutmazdın
Odur ki, vəfasız deyildir adın
Sən canı canandan ayrı tutmazdın
Odur ki, vəfasız deyildir adın
O səni unutdu, sən unutmadın
Yaşa, məhəbbətim, yaşa, ürəyim
O səni unutdu, sən unutmadın
Yaşa, məhəbbətim, yaşa, ürəyim
Sevgi dəryasında ruhum bir ada
Fırtınam ziyada, dalğam ziyada
Sevgi dəryasında ruhum bir ada
Fırtınam ziyada, dalğam ziyada
O ellər gözəli düşəndə yada
Dəydimi oxlarım daşa, ürəyim?
O ellər gözəli düşəndə yada
Dəydimi oxlarım daşa, ürəyim?
Sən canı canandan ayrı tutmazdın
Odur ki, vəfasız deyildir adın
Sən canı canandan ayrı tutmazdın
Odur ki, vəfasız deyildir adın
O səni unutdu, sən unutmadın
Yaşa, məhəbbətim, yaşa, ürəyim
O səni unutdu, sən unutmadın
Yaşa, məhəbbətim, yaşa, ürəyim
Sən canı canandan ayrı tutmazdın
Odur ki, vəfasız deyildir adın
O səni unutdu, sən unutmadın
Yaşa, məhəbbətim, yaşa, ürəyim
O səni unutdu, sən unutmadın
Yaşa, məhəbbətim, yaşa, ürəyim
Yaşa, məhəbbətim, yaşa, ürəyim
Yaşa, məhəbbətim, yaşa, ürəyim, ay...
Ay aman...
Written by: Elibaba Memmedov, Mikayil Musfiq

