Dari

PERFORMING ARTISTS
BADCLAUSE
BADCLAUSE
Lead Vocals
COMPOSITION & LYRICS
Tamas Ferenczy
Tamas Ferenczy
Composer
Mirmövsüm Əhmədov
Songwriter
PRODUCTION & ENGINEERING
Tamas Ferenczy
Tamas Ferenczy
Producer

Lirik

Getməcələr, qalmaca dünya, axtarmaca, tapmaca dünya
Canda ağrı, ağrılar hər yan, bütün düşüncələr üryan
Vəhdətinlə dön daş-qalağa, ruhumun dam-bacalarına tökül, yağ
Mən yüz faiz özümə saxlayacam, əgər ki, heç kimə qalmasa dünya
Eşqdən, sevgidən özünü çox öydün, itiysə qələm, bir dəfə düzün yaz!
Agahıq gördüyümüzə, simandan ilk və son dəfə gerçək üzünü as
Yalanla-dolanla, fitnəylə-fəsadla dönəcək eləcə də dünyamız
Sanki xülyadır, dünən tam, bu gün yarım
Üzr istəmədiyim hansı sözüm qalıb?
Vərəqdə göz yaşı əl izim, istəsən
Mən susum, sən danış, əzizim
Narahatam, beynimdə çox səs
Qışqırıram ki, orada neçə nəfərsiz?!
Yatağımı, yorğanımı, balışımı sən isit
Qəzəblənmə, gül, solmasın bənizin
Uzaq idin, döz deyə bilməzdim
Yol çəkən gözlərinlə böl ikiyə dənizi
Bu ölkə yetərsiz gəlirdi bizə
Bütün hisslər birdən necə keçə bilərdi?!
Özün demişdin axı, gec qarşılaşmışıq
Amma sanki doğmayıq neçə illərdir!
Sənə görə nələrə-nələrə sinə gərdim
Görən hamı deyirdi ki, bu nə hünərdir?!
Vidalar vaxtsız olanda vidadır
Heç olmasa qucaqlayıb öpə bilərdin!
Gedəcəyini demədin başda, bilim
Neçə min səhv etdik, neçə "bağışla" dedik
Bütün çətinliklərə qarşı birik, sanırdıq, olmadı, oldu başqa biri
Qoymazdım o vaxt səni kaş mənsiz
Ağıl yoxsa, gəldiyim yaş nə desin?
Dilərəm, dəyməyə daşa dizin, möhtac elədin qəhbəyə, oğraşa bizi
Fikirlərim hər gecə daha dərin
Xəyallarım qarışıb, yox təsəllim
Hansı əllərdən tutur axı əllərin?
Yoxluğuna nə dözümüm var, nə səbrim
Fikirlərim hər gecə daha dərin
Xəyallarım qarışıb, yox təsəllim
Hansı əllərdən tutur axı əllərin?
Yoxluğuna nə dözümüm var, nə səbrim
Ah
Written by: Mirmövsüm Əhmədov
instagramSharePathic_arrow_out

Loading...