album cover
Dünya
45.221
Hip-Hop
Dünya è stato pubblicato il 7 ottobre 2020 da Musics of Azerbaijan LLC come parte dell'album Dünya - Single
album cover
Data di uscita7 ottobre 2020
EtichettaMusics of Azerbaijan LLC
Melodicità
Acousticità
Valence
Ballabilità
Energia
BPM155

Crediti

PERFORMING ARTISTS
Elvin Nasir
Elvin Nasir
Alto
COMPOSITION & LYRICS
Elvin Nasir
Elvin Nasir
Songwriter

Testi

Bu dünya fanidir, fani
Bu dünyada qalan hani?
Davud qövmü, Süleymani
Taxt üstündən salan dünya
Sənin bəhrən yeyən kimdir?
Kiminkisən, yiyən kimdir?
Sənə doğru deyən kimdir?
Yalan dünya, yalan dünya
Sənə doğru deyən kimdir?
Yalan dünya, yalan dünya
Yalandı mərhəmətin, yalandı nəvazişin
Yalandı keçmiş gələcək, yalandı hər bir işin
Yalandı daşın torpağın, dənizin dağın yalan
Sənin gülməyin yalan, ağlamağın yalan
Xəyala dalan dünya, xarabə talan dünya
Nə canlar alan dünya, haqqı da yalan dünya
Başıma sığal çəkib yatızdırırsan əbədi
Yoxmudur mərifətin, yoxmudur heç ədəbin
Bəlkə də xəyali aləm, bəlkə də röyasan
Sən həmin dünyasan, sən həmin dünyasan
Sevgini mənnən alıb zillətlərə salan dünya
Canları alan dünya, gerçəyi yalan dünya
Yalanla haqla çağırdın, belə dəvətmi olar?
Üstümə yağdı əzab, belə lənətmi olar?
Sənə ləzzət dedilər, sənə cənnət dedilər
Sonunda kəfən qəbir var, belə cənnətmi olar?
Kimə əlvida deyib, kimlərə salam dünya
Vidası ölüm və haqq, salamı yalan dünya
Səni fərzanələr atdi
Qapıb divanələr tutdi
Səni fərzanələr atdi
Qapıb divanələr tutdi
Kimi aldi, kimi satdi
Satan dünya, alan dünya
Zalımın zülmü sənin, məzlumun ölümü sənin
Və mənim var oluşum sənin ən gözəl ölüm əsərin
Verdiyin zülmü çəkib gözlərimdən axmaq var
Ətəyindən yapışan gör nə qədər axmaq var
Torpağla gedən dünya, beşiklə gələn dünya
Varlıdan dərdi alıb yoxsullara verən dünya
Əvvəlcə dəyərdən salıb sonradan ucuz satdın
Mən dünən cavan idim, dünya, məni tez qocaltdın
Sənə zəhmət demişəm, sənə nifrət demişəm
Səni bildim biləli mən sənə lənət demişəm
Məzlumun canını alıb zalımlara qalan dünya
Zülmünə halal dünya, ləzzəti haram dünya
Yalandı həqiqətlər, yalandı insanlar
Halbuki "Qəlbimiz təmizdi, pakdı" deyir onlar
Sənin eşqin də yalan, verdiyin qəm də yalan
Dünya sən də yalan, dünya mən də yalan
Gerçəyi yalan dünya, qatil cani dünya
Tez bitən ani dünya, fanidir fani dünya
Sənin bəhrən yeyən kimdir?
Kiminkisən, yiyən kimdir?
Sənə doğru deyən kimdir?
Yalan dünya, yalan dünya
Sənə doğru deyən kimdir?
Yalan dünya, yalan dünya
Written by: Elvin Nasir
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...