album cover
Düşdüm
2804
Hip-Hop
Düşdüm è stato pubblicato il 9 giugno 2021 da Musics of Azerbaijan LLC come parte dell'album Düşdüm - Single
album cover
Data di uscita9 giugno 2021
EtichettaMusics of Azerbaijan LLC
Melodicità
Acousticità
Valence
Ballabilità
Energia
BPM80

Crediti

PERFORMING ARTISTS
Elvin Nasir
Elvin Nasir
Alto
COMPOSITION & LYRICS
Aydın Xırdalanlı
Aydın Xırdalanlı
Songwriter

Testi

Sol əlim köz götürüb çəkdi mənim gözlərimə
Bilmirəm hansı nağıldır nəyin əfsanəsidir?
Elə yandım ki, yananlar yalan olmuş yanımda
Bəlkə də haqq işidir, yaradılışın qayəsidir?!
Gözümün yaşları buz tutub qalıb qənşərimdə
İçində ölüm yazılmış neçə fərmanlara düşdüm
Mənə bir palçıq atdılar içində iynələrlə
Hər biri batdı kürəkdən şərə böhtanlara düşdüm
Atdığım addımların izlərində şeirlərim var
Hər biri səhvlərimin doğrusudur ruha dərsdir
Sizinçün adi olan hissləri mən saxlamışam
Üstünü bağlamışam satmıram ki müqəddəsdir
Bu nə cür bir səsdir bu nə titrək bir avaz
Sanki bülbül xəbər verir ki gülüstanlara düşdüm
Baxdım pencərədən bülbülü şeyda nə gəzir?
Yıxılıb son nəfəsdə deyir ki, hicranlara düşdüm
Əlimdə parça çörək su axtaran dilənçiyəm
Birində dost gəzirəm, birində eşq gəzirəm
Məni kim mənnən aldı, doğru yerdə saxlamadı
Çıxarılmayan fitrəyəm, verilməmiş nəzirəm
İnanın çox bezirəm bu dünyanın dövrəsindən
Hər dəfə dövr edəndə bilinməz ünvanlara düşdüm
Dedilər nizam intizam yaradır əzab əziyyət
Həyatım dağıldıqca səliqə səhmanlara düşdüm
Qəribə məntiqi var bu dünyanın anlamıram
Əslində sevinc gizlədir əzablı tənhalıqda
Əgər ki bir məzarda ikinci bir yer yoxsa
Demək ki, zati əzəldən hamımız tənhayıq da
Ruhuma xəstəlik salan neçə loğmanlara düşdüm
Nə qədər bilmədiyim davalarda qanlara düşdüm
Gözlərim zirvədir ki düşən insan sağ qalmır
Insanlıq insannan düşdü mən insanlara düşdüm
Written by: Aydın Xırdalanlı
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...