歌詞

Yaz gecəsiydi Getdin göz qırpımında, eşqim Getdin arzularımla, röyalarımla, nağıllarımla Əyildi qəddim Soldum bir bənövşətək, eşqim Uçdun mələklərimlə, diləklərimlə, istəklərimlə Söndü həyat, dayandı aləm Tükəndi qüvvəm, susdumu naləm? Dondun dodaqlarımda, hülyalarımda, duyğularımda Bir bulud olub, donub qalıb, kövrəlmişəm mən, eşqim İndi öz-özümlə mən tək bacarmıram, eşqim Açılmır səhər Sənsiz ömür bir kədər, eşqim Uçsuz ləpələr sonsuz, səma ulduzsuz Bulaqlar susuz qalıb sızlayır Könlüm od alovlayır, eşqim Leyli məhəbbəti üçün, hər zərrəsi üçün, öz Məcnunu üçün Söndü həyat, dayandı aləm Tükəndi qüvvəm, susdumu naləm? Dondun dodaqlarımda, hülyalarımda, duyğularımda Bir bulud olub, donub qalıb, kövrəlmişəm mən, eşqim İndi öz-özümlə mən tək bacarmıram, eşqim Söndü həyat, dayandı aləm Tükəndi qüvvəm, susdumu naləm? Dondun dodaqlarımda, hülyalarımda, duyğularımda Bir bulud olub, donub qalıb, kövrəlmişəm mən, eşqim İndi İndi öz-özümlə bacarmıram Bacarmıram Tək bacarmıram Kövrəlmişəm mən Bacarmıram
Writer(s): Röya Ayhan Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out