クレジット
PERFORMING ARTISTS
Aslixan
Performer
Yanamary
Performer
COMPOSITION & LYRICS
Aslixan Abuçov
Songwriter
PRODUCTION & ENGINEERING
Ali Mustafa
Producer
歌詞
Söz qəlb qırır ancaq,
O arı kimi sancar.
Bizim qəlbimiz şüşə deyil,
Amma, tez sınır ancaq.
Yox idi heçnə, tək, var idi söz,
Yox idi işıq da heç, kor idi göz.
Yox idi “ol” sözü, yox idi əhəmiyyət,
Bu sözlə var olub bil bütün bu bəşəriyyət.
Mənimlə gəl, düşünmə nətər olar,
Bir zəng, bir səs, bir söz yetər olar.
Söz zəhər olar, sevinc ya kədər olar,
Bir adi söz ilə bil illərin hədər olar.
Və indi hamı üzgün, özündən küskün,
Niyyətin dilinlə heç, gəlmirsə düzgün.
Söz olur ox kimi hədəfi səhv vurur,
Sözlər xoş deyil, sözlər qəlb qırır.
Söz qəlb qırır ancaq,
O arı kimi sancar.
Bizim qəlbimiz şüşə deyil,
Amma, tez sınır ancaq.
Sevginin ifadəsinə cümlələr bəs eləmir,
Əlini qəlbinə qoy dərindən səsim gəlir.
Gizlətmə hissləri məndən, nə varsa göstər,
Bəzən də susar dodaqlar, danışar gözlər.
Söz bumerang, özünə qayıda bilər,
Ya bizi cəm edər söz, ya bizi ayıra bilər.
Hiyləsi, yalanı bol keçərək qanına girər,
İnanma hər sözə o səni yanılda bilər.
Ən möhkəm sütunları sadə bir söz aşırar,
Bir acı söz səbəb ola bilər göz yaşına.
Söz olur ox kimi hədəfi səhv vurur,
Sözlər xoş deyil, sözlər qəlb qırır.
Söz qəlb qırır ancaq,
O arı kimi sancar.
Bizim qəlbimiz şüşə deyil,
Amma, tez sınır ancaq.
Written by: Aslixan Abuçov