ミュージックビデオ
ミュージックビデオ
クレジット
PERFORMING ARTISTS
Rüfət Axundov
Performer
COMPOSITION & LYRICS
Miris Huseynov
Songwriter
Taleh Ağayev
Arranger
歌詞
Gəldi, çatdı rəqs eləmək zamanı
Bizim gözəl el havaları hanı?
Ey, nə gözəldir rəqs havası - Mehmanı
Nə gözəldir rəqs havası - Mehmanı
Qızışdıraq məclisi, şənləndirək
Tar-kamanı, qarmonu dilləndirək
Qızışdıraq məclisi, şənləndirək
Tar-kamanı, zurnanı dilləndirək
Oynamağı bacarmıram, - söyləmə
Oynamağı bacarmıram, - söyləmə
Məclisin nəşəsini xarab eyləmə
Sıra gəldi, çatdı Yanıq Kərəmə
Ay, sıra gəldi, çatdı Yanıq Kərəmə
Qızışdıraq
Qızışdıraq məclisi, şənləndirək
Ələsgərin sazını dilləndirək
Qızışdıraq, qızışdıraq
Toy günündə səs yayılır aləmə
Bu şad gündə gəlin düşməyək qəmə
Ay, çalınanda el havası - Tərəkəmə
Ay, çalınanda el havası - Tərəkəmə
Qızışdıraq məclisi, şənləndirək
Tar-kamanı, qarmonu dilləndirək
Qızışdıraq məclisi, şənləndirək
Tar-kamanı, qarmonu dilləndirək
Cəngi, Xançobanı, İnnabı, Yallı
Çox xoş edir hər bir kəsdə əhvalı
Axırda çalınsın gözəl Vağzalı
Axırda çalınsın gözəl bir Vağzalı
Written by: Miris Huseynov


