Okaber의 예정 콘서트
유사한 곡
크레딧
실연 아티스트
Okaber
실연자
작곡 및 작사
Vüqar Əhmədov
작곡가
Orxan Mustafazadə
송라이터
Vugarixx
편곡가
프로덕션 및 엔지니어링
Okaber
프로듀서
가사
Atasan bu dənizə özünü, o qədər boğulasanki
Səhər tezdən gecəyə qədər hər kəs unutsun səni
Ancaq yuxularda gələsən görüşlərə
Yada ki, içdiyin zəhrimarlar qurutsun səni
Atasan bu dənizə özünü
(O qədər boğulasanki)
Fəryadın, qovuşsun haraylara
Son dəfə həsrətlə baxasan qağayılara
Atasan bu dənizə özünü, çırpılasan qayalara
Yazdığım bütün şeirləri də yırtıb aparasan
Bu yarımadanın bağrından natamam qalan
Bütün sevgiləri də dartıb aparasan!
Atasan bu dənizə özünü, heçkəslə barışmadan
Güvəndiyin dağların qarı dumana qarışmadan
Varlı-kasıb yarışmadan çıxartmadan təmizə düzünü
Siqareti yarım çəkib, atasan bu dənizə özünü
Mavilərdən iyrənib, dostuna çevriləsən mavi ləpələrin
Görəsənki, mavi dalğalar necə səpələnir
Təpələrin külə döndüyü yerlərdən uzaq qaçasan
Hündür bir yerdən uçasan yuxarı, sonra aşağı
Pıçıldayasan bu cümləni
Sən varsan varam
Sən yoxsan yoxam!
-Necə də gülməli
Atasan bu dənizə özünü, qürura toxunmadan
Onsuzda yox olmusan, daha da yox olmadan
Dostlarla da artıq getməyəsən çiyin-çiyinə
Bir də, həmin saçların ətrini dəyişəsən dəniz iyinə
Dərin nəfəs alıb, hər kəsdən qisas alıb ölümlə həyat kimi
Onunla mən: Məkkə və Mədinə, Dəclə və Fərat kimi
Onsuzda əbədiyyət heç vaxt sevməmişdi
Əbədiləri!
(Heç vaxt)
Bizimsə dualarımız açıq havalardan
Titrədirdi müqəddəs sayılan məbədləri
Atasan bu dənizə özünü, heç kəs oyanmadan
Sübh namazından öncə, azan dayanmadan
Yağış yağmadan, ya da yağış əvəzinə, daş yağmadan
Qurunun oduna yaş yanmadan
Yalanlarla baş aldadan
Cəmiyyətdən uzaqlaşıb atasan bu dənizə özünü
Sevgilər də saxlayasan salam-sağollarda
Əlvidalara çatmamış saxlayasan yarı yollarda
Mən isə darıxdım, səslədim səni
Yemək sırasını səbrsiz gözləyən
Kimsəsiz uşaq kimi səbrsiz gözlədim səni
(Atasan bu dənizə özünü)
Writer(s): Orxan Mustafazadə, Vüqar əhmədov
Lyrics powered by www.musixmatch.com