Songteksten

Mehribanlıq səadətdir Mehribanlıq səadətdir Səadəti yaşadağın Ömrün şövqü məhəbbətdir Ömrün şövqü məhəbbətdir Məhəbbəti yaşadağın Ömrün şövqü məhəbbətdir Ömrün şövqü məhəbbətdir Məhəbbəti yaşadağın Üstümüzdən keçdi külək Üstümüzdən keçdi külək Şən zarafat, şirin kələk Biz mehriban ailəyik Biz mehriban ailəyik Gəlin, dostlar, deyək-gülək Biz mehriban ailəyik Biz mehriban ailəyik Gəlin, dostlar, deyək-gülək Bu gün şən bayramıdır ellərin Lalələr bayrağıdır çöllərin Çöllərdən gül yığağın, dostlarım Çalağın, oynayağın, dostlarım Bu gün şən bayramıdır ellərin Lalələr bayrağıdır çöllərin Çöllərdən gül yığağın, dostlarım Çalağın, oynayağın, dostlarım Bayramlar çox yaraşır bizlərə Bayramda nəğmə yağır düzlərə Bayramlar çox yaraşır bizlərə Bayramda nəğmə yağır düzlərə Alışan gözlərə bax, gözlərə Oynamaq çox yaraşır sizlərə Alışan gözlərə bax, gözlərə Oynamaq çox yaraşır qızlara Əllərim yetməyən budaqda olsan Söz olub nəğməli dodaqda olsan Əllərim yetməyən budaqda olsan Söz olub nəğməli dodaqda olsan Sən məndən nə qədər uzaqda olsan Yenə də səsini eşidirəm mən, səsini eşidirəm mən Uçsun səsin, vüsal gəlsin Qəlbimdə qaldı hicran Gör necə laldır hicran Qəlbimdə qaldı hicran Gör necə laldır hicran Qəlbimdə qaldı hicran, yar Gör necə laldır hicran Qəlbimdə qaldı hicran, yar Gör necə laldır hicran Almanı atdım xarala Qaldı sarala-sarala Almanı atdım xarala Qaldı sarala-sarala Dağlarda döndüm marala Ay tirmə köynək, ay sarı çəpkən Ay tirmə köynək, sarı çəpkən Gəlin, haralısan? Özü göyçək, sözü göyçək Dağlar maralısan Yarın bağında üzüm məskəni Bağın dalında həzin səs gəlir Sağ ol, gəl, var ol, gəl Bir bizə mehman ol, gəl Sağ ol, gəl, var ol, gəl Bir gecə mehman ol, gəl İstəkanın qırılsın, çayın yerə tökülsün Sizin bağın meyvəsi bizim bağa tökülsün İstəkanın qırılsın, çayın yerə tökülsün Sizin bağın meyvəsi bizim bağa tökülsün Damınıza damcı damır Damınıza qurban mən olum Damınıza damcı damır Damınıza qurban mən olum Birinizin xatirinə Hamınıza qurban mən olum Birinizin xatirinə Hamınıza qurban mən olum Hamınıza qurban mən olum Hamınıza qurban mən olum Bəyimizin xatirinə Hamınıza qurban mən olum Məndə yaxşı baxt ola, bu gün axşam vaxt ola Çiçək taxıb yaxana, əllərim xoşbaxt ola Qurbanam göz-qaşına, deyiləm özbaşına Mən çox danışıram ki, gəlim sənin xoşuna Burdan sizin qapıyadək Elçilərim düzülər Toya kimi sən küsməsən Toydan sonra düzələr Burdan sizin qapıyadək Elçilərim düzülər Toya kimi sən küsməsən Toydan sonra düzələr Bu xoş gündə nə qədər işarə etsən əgər Atılıb ortalığa oynaram sübhə qədər Dodağı bal, dili bal, istəyirsən, olum lal Məndən bir çiçək istə, üstündə ömrümü al Burdan sizin qapıyadək Elçilərim düzülər Toya kimi sən küsməsən Toydan sonra düzələr Burdan sizin qapıyadək Elçilərim düzülər Toya kimi sən küsməsən Toydan sonra düzələr Bu gün ayın üçüdür De, gülüm anay nay narinay Bu gün ayın üçüdür De, gülüm anay nay narinay Girmə bostan içidir Yar, girmə bostan içidir Girmə bostan içidir Yar, girmə bostan içidir Dodaqların xam şəkər Dodaqların bal, şəkər Hey... Ey Dilin badam içidir Yar, dilin badam içidir Dilin badam içidir Yar, dilin badam içidir Qız, belin incədir ay, incə Ləblərin qönçədir ay, qönçə Qız belin incədir, incə Ləblərin qönçədir, qönçə Belin incədir, incə Ləblərin qönçədir, qönçə Qız belin incədir, incə Ləblərin qönçədir, qönçə Belin incədir, incə Ləblərin qönçədir, qönçə
Writer(s): Fikrət Qoca, Mehriban əhmədova, Nəriman Məmmədov, Polad Bülbüloglu, Tofiq Quliyev, Xalq Mahnısı Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out